İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
09 Noyabr 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
652
19.10.2026, 23:24
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə uzunmüddətli perspektiv üçün səhiyyə islahatlarının daha uğurla həyata keçirilməsi, icbari tibbi sığorta paketlərini sayının artırılması, səhiyyə əlçatanlığının təmin olunması və yeni idarəetmə modelinin tətbiqi nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki,bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
O əlavə edib ki, yeni qərar səhiyyə sahəsində idarəçilikdə məsuliyyət bölgüsünü dəqiqləşdirir və mövcud imkanlardan daha optimal şəkildə faydalanmağa şərait yaradır: "Səhiyyə sektoru həm sosial siyasətin, həm də ölkənin ümumi tərəqqisinin əsas dayaqlarından biridir. Sağlam və möhkəm insan kapitalı güclü iqtisadiyyatın, əhalinin yüksək sosial rifahının və ölkənin uzunmüddətli inkişafının təminatçısıdır".
Deputat əlavə edib ki, səhiyyə strukturunda həyata keçirilən islahatların uğuru ilk növbədə vətəndaşın gündəlik həyatındakı real dəyişikliklərlə ölçülməlidir: "Bu səbəbdən yeni idarəetmə sisteminin effektivliyi həkim qəbuluna düşmək üçün gözləmə müddətinin qısaldılması, diaqnostik müayinələrin daha əlçatan olması, regionlarda ixtisaslaşmış tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, pasiyent məmnunluğunun və göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, həmçinin dövlət büdcə vəsaitlərinin daha səmərəli xərclənməsi kimi konkret meyarlar əsasında qiymətləndirilməlidir. Göstərilən istiqamətlər üzrə ilkin vəziyyət dərhal dəqiqləşdirilməli, qarşıya dəqiq ölçülə bilən hədəflər qoyulmalı və əldə olunan nəticələr mütəmadi olaraq cəmiyyətə açıqlanmalıdır. Belə bir mexanizm həm idarəetmədə hesabatlılığı artıracaq, həm də vətəndaşların səhiyyə sektoruna olan inamını daha da gücləndirəcək".
Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Həmçinin dövlət başçısının Sərəncamı ilə səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub.
Prezidentin digər Sərəncamları ilə TƏBİB-in icraçı direktoru Anar Bayramov vəzifəsindən azad edilərək səhiyyə naziri təyin edilib.
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.