Qaynar xətt:

(+99450) 247 90 86

 "Dozor Namiq" kim idi? - Məxfi oğlanın HƏYATI

 \"Dozor Namiq\" kim idi? - Məxfi oğlanın HƏYATI

CƏMİYYƏT

66

19.10.2026, 21:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün sizə, Namiq İbayev haqqında danışmaq istərdim. Kəşfiyyat bölüyünün məxfi dəftərində Flaqman kod adı ilə qeyd olunmuş bu oğlanı hamı Dozor Namiq kimi tanıyır.

Amma bunların heç biri təsadüfi deyil, onun özünün qazandığı adlardı. Bizim dilimizdə öndər dediyimiz, sovet kəşfiyyat məktəblərində " dozor" kimi öyrəndiyimiz kəşfiyyatçılar var ki onlar həmişə dəstənin önündə hərəkət etməklə həm bələdçi, həm də qoruma vəzifəsin yerinə yetirirlər.

Əlbətdə kiçik qurupların hərəkətində belə şeylər olmur, amma kəşfiyyatda bir neçə qurupun olduğu dəstələrin önündə hökmən dozor qurupu gedir.

Bizim " Dərin sızma" əməliyyatında hətda yan dozor deyilən qorumalardan da istifadə etmişdik. Kəşfiyyatın özü bütün qoşunların önündə getdiyini nəzərə alsaq, onların da önündə gedən bu dozorların necə təhlükəli bir vəzifə icra etdiklərini anlayarıq. Bu baxımdan dozor rolunda çıxış edən kəşfiyyatçı həm təcrübəli, həm də ehtiyatlı olmalıdır. Mən ilk dəfə briqada kəşfiyyatı üçün döyüşçülər yığıb, onlara təlim keçəndə bu keyfiyyətlərə cavab verən adamları seçməyə başladım.

Uşaqların içərisində bu tələblərə uyğun gələn bir neçə nəfəri ayırd eləsəm də nədənsə bu işi Namiqə təklif eləmişdim. O da qorxmaz bir kəşfiyyatçı kimi dostu Amil Quluyevi də götürüb dəstənin öndəri oldu. Onlae Füzulinin Gövşad kəndindəki bölükdə xidmət eləmişdilər deyə mən onları gövşatlı bilirdim. Əslində kimin haralı olmağının döyüşdə heç bir fərqi yoxdur. Amma mən onların Zərgar kəndindən olduqlarını son illərə qədər bilmirdim. Xarakterləri tamamilə fərqli olan bu iki nəfər kəşfiyyat bölüyünün bütün əməliyyatlarında dozor vəzifəsini layiqincə yerinə yetidilər. Namiq nə qədər ciddi və ehtiyatlı bir kəşfiyyatçı idisə Amil də o qədər laqeyid və zarafatcıl bir oğlan idi. Amma bu onların nə dostluğuna, nə də qoyulan tapşırığı yerinə yetirmələrinə mane olmurdu.

  Kəşfiyyatçı üçün ən təhlükəli onun pusquya düşməsidir desəm, yəqin ki yanılmaram. Döyüşçünün həm bilik və bacarığı, həm də fiziki- psixoloji keyfiyyətləri belə anlarda üzə çıxır. Ona görə hər bir kəşfiyyatçı pusqu deyilən taktikanı bütün incəlikləriylə öyrənməklə yanaşı, eyni zamanda düşmən pusqusuyla üzləşəndə neçə davranmağı da məşq eləyir. Biz də əməliyyatlarda pusquta düşmüşük, həm də bir neçə dəfə. Bütün bu hallarda Namiq özünü soyuqqanlı və cəsarətli bir kəşfiyyatçı kimi göstərərək qazandığı adların ona layiq olduğunu sübut edib. Bir dəfə Araz kənarında bütün gecəni soyuq suda gözləməklə keçirdiyinı mən şahidəm. Bir dəfə Haramıda - Aşağı Veysəlli istiqamətində isə pusquya düşən qurupun hamısını xilas etdiyi də yadımdadır. O vaxt, həm ağır, həm də orta dərəcəli yaralıların heç birini döyüş meydanında buraxmadığı üçün mən onun təltif edilməsinə raport yazmışdım. Təssüf ki nə o, nə də digır kəşfiyyatçıların heç biri layiq olduqları qiyməti almadılar. Amma onlar bizim üçün örnək kimi qəbul edilən qəhrəmanlardır.

 Namiq də bütün Qarabağlılar kimi məcburi köçkün həyatı yaşaylr. Onun kimi bacarıqlı kəşfiyyatçı üçün bir parça çörək qazanıb ailəsini dolandırmaq çətin deyil. Çünki başqalarının çətinlik dediyi həyatı o artıq yaşamışdı. Dəfələrlə ölümlə üz- üzə gəlib ondan qorxmadığını sübut edib. Təkcə özünü deyil, öndəri olduğu dəstəni də təhlükədən qorumağı bacarmış bir döyüşçüdür bizim Namiq İbayev.

Azərbaycanın qəhrəman döyüşçülərinə eşq olsun!

Müəllif:İlham Ağalar