Arayik Arutyunyan bunu Bakıda etiraf etdi
09 Noyabr 2026, 09:36
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2427
19.10.2026, 15:21
İqtisadi təhlükəsizliyə təxribat və mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin cari həbs müddəti başa çatıb.
Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi məhkəməyə müraciət edib.
Təqdimat və vəsatətdə xüsusilə ağır cinayət işi üzrə 13 aylıq istintaq müddətinin kifayət etmədiyi, irihəcmli iş üzrə əlavə sübutların toplanmasının zəruri olduğu bildirilib. İstintaq uzadıldığından təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin də artırılması xahiş olunub.
Səbail Rayon Məhkəməsi vəsatəti əsaslı sayaraq təmin edib. Hakimin qərarı ilə Adnan Əhmədzadənin həbs müddəti son həddə qədər-6 ay uzadılıb.
Qanuna əsasən, xüsusilə ağır cinayət işləri üzrə ibtidai istintaq ərzində həbsdə saxlanılmanın son həddi 13 aydır. Müstəsna hallarda isə bu müddət 19 aya qədər uzadıla bilər.
Qeyd edək ki, Adnan Əhmədzadə əvvəllər SOCAR-da yüksək vəzifədə çalışıb. Sonradan dünyada neft maqnatı kimi tanınan Əhmədzadə ötən ilin sentyabrında DTX tərəfindən həbs olunub.
14:37 / 09 Noyabr 2026
1
14:29 / 09 Noyabr 2026
37
14:22 / 09 Noyabr 2026
99
14:17 / 09 Noyabr 2026
53
14:06 / 09 Noyabr 2026
516
14:04 / 09 Noyabr 2026
85
13:44 / 09 Noyabr 2026
523
13:21 / 09 Noyabr 2026
112
13:11 / 09 Noyabr 2026
213
12:57 / 09 Noyabr 2026
1377
12:55 / 09 Noyabr 2026
116
12:40 / 09 Noyabr 2026
216
12:27 / 09 Noyabr 2026
171
12:15 / 09 Noyabr 2026
331
12:03 / 09 Noyabr 2026
1260
11:56 / 09 Noyabr 2026
133
11:56 / 09 Noyabr 2026
228
11:43 / 09 Noyabr 2026
142
11:37 / 09 Noyabr 2026
303
11:34 / 09 Noyabr 2026
128
11:30 / 09 Noyabr 2026
126
11:22 / 09 Noyabr 2026
129
11:09 / 09 Noyabr 2026
616
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.