"Bu proses heç kəsi narahat etməməlidir" - Türkiyədəki bəzi dairələrə MESAJ
19 Oktyabr 2026, 18:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
88
19.10.2026, 18:04
“Türkiyədəki radikal dini kəsimin və müəyyən siyasi çevrələrin Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi, ölkəmizi hədəfə alan qarayaxma kampaniyası aparması və daxili işlərimizə müdaxilə etməyə çalışması qətiyyən qəbuledilməzdir. Orta məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı qərarın guya Azərbaycanda hicabın qadağan olunması kimi təqdim edilməsi açıq-aşkar yanlış məlumat yaymaq və ictimai rəyi manipulyasiya etmək cəhdidir. Bu cür yanaşma nə həqiqətə, nə də Türkiyə-Azərbaycan qardaşlığının ruhuna uyğundur”.
Bunu Oxu24.com-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.
Nadir Azəri qeyd edib ki, prosesin ilk mərhələsində baş verənlərin ayrı-ayrı radikal dini qrupların təşəbbüsü olduğu düşünülürdü. Lakin sonradan Türkiyə Prezident Administrasiyası ilə əlaqəli şəxslərin və AK Partinin bəzi tanınmış nümayəndələrinin də müzakirələrə qoşulması məsələnin siyasi müstəvidə daha ciddi suallar doğurmasına səbəb olub. Bu hadisələr Türkiyədəki radikal dini kəsimin və müəyyən siyasi çevrələrin Azərbaycana münasibətdə hansı mövqedə dayandığını açıq şəkildə müzakirəyə çıxarıb.
Siyasi şərhçi vurğulayıb ki, dini həssaslıqlardan istifadə edərək Azərbaycan haqqında yanlış təsəvvür yaratmaq, ölkəmizin qərarlarını təhrif etmək və Türkiyə ictimaiyyətini Azərbaycana qarşı yönəltmək cəhdləri iki qardaş ölkənin münasibətlərinə zərbə vurur.
Daha təhlükəli məqam isə bu cür yanaşmaların Türk dünyasında inteqrasiyanın gücləndiyi, Türk Dövlətləri Təşkilatının beynəlxalq mövqeyinin möhkəmləndiyi bir dövrdə ortaya çıxmasıdır. Belə addımlar ortaq maraqlara xidmət etmir, əksinə, Türk dünyasının birliyinə və qarşılıqlı etimadına xələl gətirir.
Nadir Azəri bildirib ki, heç bir siyasi qüvvə və ya dini çevrə “Bir millət, iki dövlət” prinsipini öz ideoloji maraqlarına uyğun yozaraq Azərbaycana təzyiq göstərmək vasitəsinə çevirə bilməz.
Azərbaycan 70 illik sovet əsarətindən sonra müstəqilliyini bərpa edib, ərazi bütövlüyünü və dövlət suverenliyini təmin edib. Ölkəmiz öz milli maraqlarına uyğun qərarlar qəbul etmək və daxili siyasətini müstəqil şəkildə müəyyənləşdirmək hüququna malikdir. Türkiyə ilə qardaşlıq münasibətlərimiz də bu prinsipdən kənarda deyil. Heç bir dövlətin, o cümlədən qardaş Türkiyənin ayrı-ayrı siyasətçilərinin Azərbaycanın daxili işlərinə qarışması və ölkəmizə nə etməli olduğumuzu diktə etməyə çalışması qəbul edilə bilməz.
Siyasi şərhçinin sözlərinə görə, “Bir millət, iki dövlət” fəlsəfəsi bir tərəfin digərinə böyük qardaşlıq iddiası ilə yanaşması demək deyil. Bu prinsip bərabərhüquqlu münasibətləri, qarşılıqlı hörməti, müstəqilliyə ehtiramı və ortaq maraqlar naminə əməkdaşlığı ifadə edir. Türkiyə-Azərbaycan qardaşlığını yeni osmançılıq, xilafətçilik və ya bir ölkənin digərindən üstün tutulması ideyaları ilə əlaqələndirmək yolverilməzdir. Azərbaycan heç bir dövlətin himayəsinə möhtac deyil və öz müstəqil siyasətini müəyyənləşdirmək gücündə olan qalib dövlətdir.
Nadir Azəri hesab edir ki, Türkiyə ictimaiyyətinə məsələnin mahiyyətini çatdırmaq üçün informasiya sahəsində daha fəal və məqsədyönlü iş aparılmalıdır.
Sosial şəbəkələrdə Türkiyə ictimiayyətinə ünvanlanan qısa videolar, izahlı materiallar və faktlara əsaslanan açıqlamalar yayılmalı, yanlış məlumatlar konkret sübutlarla təkzib edilməlidir. Xarici ölkələrdəki Azərbaycan diasporunun nümayəndələri, xüsusilə Türkiyədə yaşayan soydaşlarımız, eləcə də hər iki ölkənin ictimai xadimləri və ziyalıları bu prosesdə fəal iştirak etməlidirlər.
Siyasi şərhçi sonda vurğulayıb ki, Türkiyə-Azərbaycan qardaşlığı əsrlərin ağır sınaqlarından keçib və xalqlarımızın dərin tarixi bağlarına söykənir.
Bu qardaşlıq hansısa siyasi qüvvənin və ya radikal dini kəsimin istəklərindən asılı deyil və bundan sonra da davam edəcək. Lakin bu münasibətlərin qorunması üçün hər kəs anlamalıdır ki, qardaşlıq qarşılıqlı məsuliyyət, hörmət və bərabərlik tələb edir. Azərbaycanı hədəfə alan, onun suverenliyini şübhə altına alan və daxili işlərinə müdaxiləni məqbul göstərməyə çalışan siyasi çevrələr bilməlidirlər ki, ölkəmizin müstəqil qərarlarına qarşı təzyiq cəhdləri qəbul edilməyəcək. Nadir Azəri Türkiyə ictimaiyyətinin, xüsusilə Atatürkçü və milliyyətçi kəsimin bu cür yanaşmalara kəskin münasibət bildirəcəyinə və Azərbaycan-Türkiyə qardaşlığının siyasi və radikal dini manipulyasiyalardan qorunmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Turan Etibaroğlu
18:58 / 19 Oktyabr 2026
7
18:50 / 19 Oktyabr 2026
29
18:49 / 19 Oktyabr 2026
76
18:45 / 19 Oktyabr 2026
34
18:37 / 19 Oktyabr 2026
97
18:33 / 19 Oktyabr 2026
45
18:30 / 19 Oktyabr 2026
448
18:27 / 19 Oktyabr 2026
44
18:22 / 19 Oktyabr 2026
43
18:17 / 19 Oktyabr 2026
43
18:14 / 19 Oktyabr 2026
42
18:10 / 19 Oktyabr 2026
54
18:09 / 19 Oktyabr 2026
63
18:02 / 19 Oktyabr 2026
69
17:58 / 19 Oktyabr 2026
55
17:44 / 19 Oktyabr 2026
583
17:43 / 19 Oktyabr 2026
62
17:36 / 19 Oktyabr 2026
605
17:34 / 19 Oktyabr 2026
65
17:31 / 19 Oktyabr 2026
232
17:18 / 19 Oktyabr 2026
86
17:04 / 19 Oktyabr 2026
86
16:52 / 19 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.