Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib
09 Noyabr 2026, 14:58
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1506
20.11.2021, 09:46
Mingəçevirdə güllələnərək ölən 15 yaşlı yeniyetmə bu gün dəfn olunub.
Oxu24.com xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı “Yeni həyat” qəsəbəsində hadisə baş verib. Ağdam rayon Gülablı kənd sakini Qasımov Əlvan Nuxa oğlu uşaqlar arasında baş verən münaqişə zəminində Xankəndi şəhər, Kərkicahan qəsəbə sakini, 2006-cı il təvəllüdlü Kərimov Orxan Tofiq oğlunu odlu silahla güllələyib.
Hadisə Qasımov Əlvan Nuxa oğlu qonşuluqda yaşayan, 15 yaşlı Kərimov Orxan Tofiq oğlunun 13 yaşlı oğlu ilə mübahisəsini eşidib. Bundan sonra Əlvan Qasımov “Makarov” tipli tapançasını götürərək Qəsəbə parkına gedən Orxan Kərimovun arxasınca gedib. Burada isə odlu silahdan yeniyetməyə beş dəfə atəş açaraq onu güllələyib.
Qonşuların iddasına görə, Əlvan Qasımovun bu ilk hadisəsi deyil. Bu səbəbdən də onun bir daha geri qayıtmamağını istəyir.
Qəsəbə sakinləri arasında qarşıdurma baş verməməsi üçün Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları ərazini nəzarətə götürüb. Hadisə ilə bağlı Mingəçevir Şəhər prokurorluğuda məlumat yayıb. Bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Əlvan Qasımovun şəxsi münasibətlər zəmnində qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq Orxan Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Əlvan Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
17:14 / 09 Noyabr 2026
9
16:56 / 09 Noyabr 2026
102
16:53 / 09 Noyabr 2026
137
16:43 / 09 Noyabr 2026
72
16:37 / 09 Noyabr 2026
87
16:32 / 09 Noyabr 2026
64
16:28 / 09 Noyabr 2026
73
16:25 / 09 Noyabr 2026
166
16:23 / 09 Noyabr 2026
100
16:19 / 09 Noyabr 2026
113
16:06 / 09 Noyabr 2026
236
15:54 / 09 Noyabr 2026
600
15:49 / 09 Noyabr 2026
89
15:47 / 09 Noyabr 2026
216
15:45 / 09 Noyabr 2026
320
15:40 / 09 Noyabr 2026
1515
15:34 / 09 Noyabr 2026
84
15:23 / 09 Noyabr 2026
112
15:13 / 09 Noyabr 2026
129
15:05 / 09 Noyabr 2026
718
15:00 / 09 Noyabr 2026
141
14:58 / 09 Noyabr 2026
105
14:55 / 09 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.