Qaynar xətt:

(+99450) 247 90 86

Biləsuvarda yol qəzası olub, xəsarət alan var

Biləsuvarda yol qəzası olub, xəsarət alan var

KRİMİNAL

765

16.03.2021, 18:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı iki minik avtomobili toqquşub. Nəticədə xəsarət alan sürücülərdən biri, Cəbrayıl rayonunun Nüzgar kənd sakini, 1974-ci il təvəllüdlü Əliyev Yalçın İbrahim oğlu xəsarət alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.