Qaynar xətt:

(+99450) 247 90 86

Bərdədə 2 nəfərin öldüyü dəhşətli qəzadan FOTOLAR+ADLAR

Bərdədə 2 nəfərin öldüyü dəhşətli qəzadan FOTOLAR+ADLAR

KRİMİNAL

2547

28.02.2021, 21:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bərdə rayonunun Samux kəndi ərazisində baş vermiş ağır yol qəzası nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza zamanı ölənlər Bərdə rayonunun Dəymədağlı kənd sakini Hüseynov Rəmzi Ələddin oğlu və rayonun Şirvanlı kənd sakini Quliyev Elgiz Səxavət oğludur.

Xəsarət alanlar isə 1993-cü il təvəllüdlü Əhmədli Əhliman Kamal oğlu, 1993-cü il təvəllüdlü Əhmədli Ayşən Rafiq qızı və 2016-cı il təvəllüdlü Əhmədli Şəlalə Əhliman qızıdır.

Məlumata görə, hər üç yaralı bir ailənin üzvləridir.