Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda  qadına qarşı iyrənc hərəkət: Tutulan var - ŞOK VIDEO

2020/05/05/1588659080_1588657784345_h1jshijq.jpeg

KRİMİNAL

1679

05.05.2020, 09:43

Bakıda qadına qarşı soyğunçuluq edilib.
APA-nın məlumatına görə, aprelin 24-də saat 15 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, A. Rzayev küçəsində naməlum şəxsin qəsəbə sakini olan qadının mobil telefonunu soyğunculuq yolu talaması ilə bağlı polisə müraciət daxil olub. Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən soyğunçuluq törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Elman Abidov müəyyən olunub.
Suraxanı rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən dünən axşam saatlarında keçirilən müvafiq tədbirlərlə onun gizləndiyi yer müəyyən olunaraq 31-ci Polis Bölməsinə təhvil verilib. Faktla bağlı başlanmış cinayət işi üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.