Fərid Usubov ifadə verdi
07 Noyabr 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
281
07.09.2026, 14:34
"QHT işi" üzrə ittiham olunan Əhməd Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Əhməd Məmmədzadə barədində 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 2 il sınaq müddəti seçilməklə, şərti hesab olunub. Əhməd Məmmədzadə məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən QHT təmsilçisi Əhməd Məmmədzadəyə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 313-cü ( Vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunub.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi " MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı həbs olunub. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
ABŞ-ın “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.
13:41 / 07 Noyabr 2026
109
13:27 / 07 Noyabr 2026
87
13:12 / 07 Noyabr 2026
67
13:03 / 07 Noyabr 2026
273
12:49 / 07 Noyabr 2026
76
12:45 / 07 Noyabr 2026
93
12:45 / 07 Noyabr 2026
82
12:36 / 07 Noyabr 2026
221
12:23 / 07 Noyabr 2026
93
12:16 / 07 Noyabr 2026
575
11:58 / 07 Noyabr 2026
274
11:53 / 07 Noyabr 2026
386
11:45 / 07 Noyabr 2026
116
11:35 / 07 Noyabr 2026
122
11:21 / 07 Noyabr 2026
107
11:11 / 07 Noyabr 2026
520
11:08 / 07 Noyabr 2026
640
11:05 / 07 Noyabr 2026
153
10:55 / 07 Noyabr 2026
129
10:44 / 07 Noyabr 2026
109
10:23 / 07 Noyabr 2026
143
10:16 / 07 Noyabr 2026
167
10:14 / 07 Noyabr 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.