Qaynar xətt:

(+99450) 247 90 86

Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edib 

Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edib 

CƏMİYYƏT

36

27.11.2026, 15:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Noyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev Ağstafa şəhərində vətəndaşları qəbul edib.

Elm və Təhsil Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, qəbulda Ağstafa, Qazax və Tovuz sakinləri iştirak ediblər.

Bildirilib ki, qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.