Qaynar xətt:

(+99450) 247 90 86

Nərimanovda “Kalaşnikov” və 55 güllə aşkarlandı

Nərimanovda “Kalaşnikov” və 55 güllə aşkarlandı

KRİMİNAL

62

07.09.2026, 13:06

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Ədliyyə Nazirliyindən Oxu24.com-a verilən xəbərə görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 6 ünvanında yerləşən köhnə zavodun hasarının yaxınlığındakı ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov AKMS" markalı avtomat silah, ona məxsus 2 ədəd daraq və 55 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.