7 noyabrda biiz nələr gözləyir? -ULDUZ FALI
06 Noyabr 2026, 21:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
316
07.09.2026, 13:21
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbirlər keçirilib.
Oxu24.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, keçirilən tədbirlərdə hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni səsləndirilib.Tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları, müdafiə nazirinin və Baş Qərargahın qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə bağlı əmr və direktivləri şəxsi heyətin diqqətinə çatdırıblar.Yeni tədris ilində qabaqcıl metodlardan və yüksək texnologiyalardan geniş istifadə etməklə keçirilən təlim-məşqlərin keyfiyyətinin, eləcə də intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.
Bildirilib ki, müdafiə nazirinin tapşırığına əsasən 44 günlük Vətən müharibəsində və sonrakı döyüş əməliyyatlarında qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla tədris prosesində əsas diqqət müxtəlif iqlim, çətin relyef şəraitində, gecə və gündüz saatlarında şəxsi heyət tərəfindən müasir döyüş texnikası və silah-sursatın effektiv tətbiq edilməsi üzrə bacarıqlarının daha da artırılmasına yönəldiləcəkdir.
Maddi-texniki bazanın gücləndirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tədbiqi, əsaslı planlaşdırma və digər təşkilati məsələlərin uğurlu həlli yeni tədris dövründə döyüş hazırlığının daha keyfiyyətli təşkilinə zəmin yaradacaqdır.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
21:54 / 06 Noyabr 2026
17
21:44 / 06 Noyabr 2026
39
21:39 / 06 Noyabr 2026
53
21:31 / 06 Noyabr 2026
408
21:27 / 06 Noyabr 2026
68
21:25 / 06 Noyabr 2026
52
21:13 / 06 Noyabr 2026
80
21:02 / 06 Noyabr 2026
73
21:01 / 06 Noyabr 2026
66
20:52 / 06 Noyabr 2026
89
20:45 / 06 Noyabr 2026
94
20:44 / 06 Noyabr 2026
95
20:19 / 06 Noyabr 2026
160
20:12 / 06 Noyabr 2026
441
19:48 / 06 Noyabr 2026
110
19:37 / 06 Noyabr 2026
362
19:37 / 06 Noyabr 2026
123
19:07 / 06 Noyabr 2026
404
18:43 / 06 Noyabr 2026
153
18:33 / 06 Noyabr 2026
156
18:27 / 06 Noyabr 2026
1177
18:24 / 06 Noyabr 2026
132
18:13 / 06 Noyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.