Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
07 Noyabr 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
335
07.09.2026, 12:23
“AzerGold” QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Söyüdlüdə (Zod) istismar işlərinin növbəti mərhələsinə keçib. Mədənin istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib.
“AzerGold”dan Oxu24.com-a verilən məlumata görə, ilk süxur partlayışı təsdiq edilmiş texniki layihə və təhlükəsizlik tələblərinə uyğun icra olunub. Əməliyyatdan əvvəl təhlükəsizlik perimetri təmin edilib, xəbərdarlıq siqnalları verilib və ərazidə zəruri nəzarət tədbirləri görülüb. Partlayışdan sonra sahənin təhlükəsizliyi mütəxəssislər tərəfindən yoxlanılıb.
Qeyd edək ki, 2025-ci ilin avqust ayından yataqda genişmiqyaslı geoloji tədqiqat, topoqrafik planlaşdırma və ümumi dərinliyi 18 000 metr olan buruq-qazma işləri həyata keçirilib. Aparılan geoloji tədqiqat və kəşfiyyat işlərinin nəticələrinə əsasən, Söyüdlü qızıl yatağının çıxarıla bilən qalıq ehtiyatları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üzrə beynəlxalq səviyyədə qəbul edilmiş JORC (Joint Ore Reserves Committee) standartlarına uyğun olaraq 1,03 milyon unsiya həcmində hesablanıb.
İlk partlayış əməliyyatı yataqdakı resursların iqtisadi dövriyyəyə cəlb edilməsi və mədənin aktiv istismar mərhələsinə keçidi istiqamətində mühüm addımdır.
“AzerGold” QSC, həmçinin Söyüdlü mədənində müasir geotexniki monitorinq texnologiyasının tətbiqinə başlayıb. Mədənin geotexniki qeyri-sabitliyi və müxtəlif ekzogen-geoloji proseslərin aktivliyi nəzərə alınaraq, proseslərə fasiləsiz nəzarət məqsədilə “GroundProbe SSR-OMNI” yamac dayanıqlığının radar monitorinq sistemi işə salınıb.
Erkən xəbərdarlıq funksiyasına malik sistem mümkün riskləri əvvəlcədən müəyyən etməyə və sürüşmə təhlükəsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyə imkan verir. Sistemin tətbiqi istehsalat proseslərində insan həyatının, işçi heyətin və ağır texnikanın təhlükəsizliyinin təmin olunmasına, eləcə də mümkün sürüşmələr səbəbindən yaranacaq fasilə və əlavə xərclərin qarşısının alınmasına xidmət edir.
Yatağın istismarı ilə yanaşı, filizin emalı üzrə texnoloji həllərin formalaşdırılması istiqamətində də işlər davam etdirilir. Söyüdlü filizinin mineralogiyası və metallurgiya xüsusiyyətləri, həmçinin aparılan sınaqların nəticələri əsasında ilkin emal mərhələsində flotasiya texnologiyasının tətbiqinin zəruri olduğu müəyyən edilib. Bu məqsədlə müasir flotasiya emal kompleksinin yaradılması imkanları üzrə texniki və iqtisadi qiymətləndirmələr aparılır.
Mədənin istismara verilməsi ölkənin dağ-mədən sektorunda istehsal potensialının yüksəldilməsinə və dövlət büdcəsinə daxilolmaların artırılmasına töhfə verməklə yanaşı, Kəlbəcər rayonunda yeni iş yerlərinin yaradılmasına, yerli iqtisadi fəallığın və sosial inkişafın dəstəklənməsinə şərait yaradacaq.
İndiki mərhələdə Söyüdlü layihəsi üzrə, podrat şirkətlər də daxil olmaqla, ümumilikdə 236 nəfərin məşğulluğu təmin edilib. Onlardan 55 nəfəri Kəlbəcər rayonunda qeydiyyatda olan vətəndaşlardır. Dağ-mədən sənayesində xüsusi ixtisas, texniki bilik və iş təcrübəsi tələb edən vəzifələr üzrə yerli əmək bazarında uyğun namizədlərin məhdudluğu nəzərə alınaraq, digər regionlardan müvafiq kvalifikasiya və təcrübəyə malik mütəxəssislər də layihəyə cəlb edilib.
Layihənin ilkin istismar və tikinti mərhələsini əhatə edən 2026–2029-cu illərdə birbaşa və dolayı yolla təxminən 700 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Söyüdlü mədəninin tam istismar mərhələsinə keçməsindən sonra isə birbaşa və dolayı məşğulluğun 1 300 nəfərdən çox olacağı gözlənilir.
Həmçinin oxuyun
16:55 / 07 Noyabr 2026
1
16:31 / 07 Noyabr 2026
55
15:55 / 07 Noyabr 2026
76
15:23 / 07 Noyabr 2026
428
15:17 / 07 Noyabr 2026
120
15:02 / 07 Noyabr 2026
232
14:52 / 07 Noyabr 2026
554
14:47 / 07 Noyabr 2026
160
14:41 / 07 Noyabr 2026
245
14:36 / 07 Noyabr 2026
123
14:18 / 07 Noyabr 2026
204
13:57 / 07 Noyabr 2026
479
13:41 / 07 Noyabr 2026
1042
13:27 / 07 Noyabr 2026
494
13:12 / 07 Noyabr 2026
128
13:03 / 07 Noyabr 2026
462
12:49 / 07 Noyabr 2026
134
12:45 / 07 Noyabr 2026
143
12:45 / 07 Noyabr 2026
185
12:36 / 07 Noyabr 2026
380
12:23 / 07 Noyabr 2026
143
12:16 / 07 Noyabr 2026
796
11:58 / 07 Noyabr 2026
374
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.