Fərid Usubov ifadə verdi
07 Noyabr 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
327
07.09.2026, 12:53
Bu gün Bakı–Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində qəza baş verib.
Oxu24.com-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, səhər saat 7 radələrində “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü A.Cabbarovun, ilkin məlumata əsasən, sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqların edilməsinə baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur:
"Yuxusu gəldiyini hiss edən sürücünün hərəkəti davam etdirməsi sadəcə diqqətsizlik deyil bu, mümkün nəticələri bilərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atmaqdır.
Uzaq məsafəyə səfərə çıxan sürücü əvvəlcədən kifayət qədər istirahət etməli, hərəkət zamanı yorğunluq və yuxululuq hiss etdikdə isə avtomobili təhlükəsiz yerdə saxlamalıdır. Yuxululuğun qarşısını almağın yeganə düzgün yolu normal istirahətdir.
Sürücülər səfərə hazırlaşarkən təkcə avtomobilin texniki vəziyyətini deyil, öz fiziki vəziyyətlərini də düzgün qiymətləndirməlidirlər. Yorğun halda sükan arxasına keçməyin, yuxunuz gəlirsə, hərəkəti dərhal dayandırın.
Səfəri təxirə salmaq mümkündür, lakin baş vermiş ağır hadisənin nəticələrini geri qaytarmaq mümkün deyil".
11:21 / 07 Noyabr 2026
8
11:11 / 07 Noyabr 2026
68
11:08 / 07 Noyabr 2026
445
11:05 / 07 Noyabr 2026
70
10:55 / 07 Noyabr 2026
66
10:44 / 07 Noyabr 2026
67
10:23 / 07 Noyabr 2026
95
10:16 / 07 Noyabr 2026
115
10:14 / 07 Noyabr 2026
100
09:54 / 07 Noyabr 2026
174
09:43 / 07 Noyabr 2026
96
09:36 / 07 Noyabr 2026
1542
09:16 / 07 Noyabr 2026
146
09:09 / 07 Noyabr 2026
108
01:05 / 07 Noyabr 2026
631
00:23 / 07 Noyabr 2026
396
00:10 / 07 Noyabr 2026
609
00:06 / 07 Noyabr 2026
247
23:42 / 06 Noyabr 2026
555
23:37 / 06 Noyabr 2026
320
23:32 / 06 Noyabr 2026
210
23:28 / 06 Noyabr 2026
368
23:21 / 06 Noyabr 2026
217
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.