Bağlı yollar açıldı
27 Sentyabr 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
504
07.09.2026, 14:19
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində son vaxtlar turistlər və ziyarətçilər tərəfindən qaya daşlarının və tarixi obyektlərin üzərinə qeyri-qanuni yazıların həkk olunması cəmiyyətdə böyük narazılıq doğurub. Qədim şəhərin təbii landşaftına və tarixi mühitinə vurulan bu cür zərər sadəcə estetik korlanma deyil, birbaşa milli-mədəni irsimizə qarşı yönəlmiş ciddi vandalizm aktı kimi qiymətləndirilir. Təbiətə və tarixi abidələrə edilən bu kortəbii müdaxilələr, hətta şəhidlərin xatirəsini əbədiləşdirmək motivi daşısa belə, əməlin ictimai təhlükəliliyini və hüquqazidd mahiyyətini azaltmır. Ərazinin ilkin görünüşünə qaytarılması və təbii daşların təmizlənməsi dövlət büdcəsindən böyük maliyyə resursları və peşəkar restavrasiya mütəxəssislərinin cəlb edilməsini tələb edir. Baş verən neqativ halların qarşısının alınması üçün hüquqi nəzarətin gücləndirilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması məsələsi günün əsas tələbinə çevrilib. Oxşar əməllərə qarşı adekvat hüquqi reaksiyanın verilməsi Şuşa Dövlət Qoruğunun toxunulmazlığının təmin edilməsi üçün vacib şərtdir.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Şuşa şəhərinin tarixi, mədəni və strateji statusu fonunda təbii landşaftın, qaya daşlarının və memarlıq elementlərinin üzərinə qeyri-qanuni formada yazıların həkk olunması milli irsə qarşı yönəlmiş hüquqazidd əməldir.
Deputat qeyd edib ki, Şuşa Azərbaycan Respublikasının dövlət mühafizəsində olan xüsusi əhəmiyyətli milli-mədəni qoruğudur:
"Buradakı hər bir təbii və süni obyekt vahid tarixi mühitin tərkib hissəsidir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi motivi altında olsa belə, bu cür nizamlanmayan və kortəbii müdaxilələr qəbulolunmazdır və hüquqi baxımdan əməlin ictimai təhlükəliliyini azaltmır. Şəhidlərin xatirəsinin anılması dövlət səviyyəsində müəyyən edilmiş hüquqi və institusional çərçivədə, peşəkar standartlara uyğun şəkildə yaradılmış memorial komplekslər, xiyabanlar və rəsmi abidələr vasitəsilə təmin edilir. Qanunvericiliklə müəyyən olunmamış yerlərdə, xüsusən tarixi və təbii obyektlərin üzərində vizual korlanmaya səbəb olan hərəkətlərin edilməsi həm mənəvi baxımdan xatirənin mahiyyəti ilə ziddiyyət təşkil edir, həm də mühafizə olunan zonaya zərər vurulması kimi tövsif olunur".
Parlamentari oxşar hallara qarşı əvvəllər də adekvat adımların atıldığını xatırladıb:
"Məlumdur ki, oxşar hallar daha əvvəl Nizami Kino Mərkəzinin binası və digər infrastrukturlarla bağlı baş verdikdə hüquq-mühafizə orqanları tərəfindən adekvat hüquqi qiymət verilmiş, cavabdeh şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb olunmuşlar. Hüququn aliliyi və məsuliyyətin bərabərliyi prinsipinə uyğun olaraq, Şuşada törədilən analoji əməllərə də istisnasız şəkildə analoji hüquqi reaksiya verilməlidir. Xarici təcrübə, xüsusilə urbanizasiya olunmuş Avropa mərkəzlərindəki idarəolunmaz qraffiti təzahürləri göstərir ki, bu cür əməllərə vaxtında adekvat hüquqi və inzibati baryer qoyulmadıqda şəhər mühitinin deqradasiyası sürətlənir".
Bəhruz Məhərrəmov vurğulayıb ki, vurulmuş ziyan yalnız estetik deyil, həm də birbaşa maddi xarakter daşıyır və bu halların qarşısının alınması üçün kompleks mexanizmlər tətbiq edilməlidir:
"Təbii daşların və tarixi abidələrin ilkin vəziyyətinə qaytarılması, üzərindəki qeyri-qanuni qatların kənarlaşdırılması dövlət büdcəsindən böyük maliyyə resursları və xüsusi restavrasiya mütəxəssislərinin cəlb olunmasını tələb edir. Bu baxımdan, belə halların qarşısının alınması üçün dövlət tərəfindən kompleks hüquqi və profilaktik mexanizmlər icra olunmalıdır. İlk növbədə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində mədəniyyət, tarix və təbiət abidələrinə zərər vurulmasına görə nəzərdə tutulan sanksiyaların tətbiq mexanizmi sərtləşdirilməli, zərərin tam həcmdə təqsirkar şəxslər tərəfindən təzmin edilməsi təmin olunmalıdır”.
“Şuşa Dövlət Qoruğu ərazisində və turların keçirildiyi əsas marşrutlarda video-müşahidə və təhlükəsizlik nəzarəti sistemləri genişləndirilməli, eyni zamanda, əraziyə daxil olan şəxslərə hüquqi məsuliyyətlərini xatırladan preventiv məlumatlandırma tədbirləri həyata keçirilməlidir. Zəruri hallarda ziyarətçilərin rəy və təəssüratlarını qeyd etmələri üçün vizual mühitə təsir göstərməyən xüsusi ayrılmış rəqəmsal və ya fiziki platformalar təşkil edilməlidir",- deyə deputat əlavə edib.
Çimnaz Telmanqızı
15:48 / 27 Sentyabr 2026
6
15:42 / 27 Sentyabr 2026
20
15:30 / 27 Sentyabr 2026
31
15:15 / 27 Sentyabr 2026
42
15:05 / 27 Sentyabr 2026
46
14:53 / 27 Sentyabr 2026
50
14:50 / 27 Sentyabr 2026
48
14:36 / 27 Sentyabr 2026
305
14:35 / 27 Sentyabr 2026
106
14:31 / 27 Sentyabr 2026
48
14:30 / 27 Sentyabr 2026
46
14:05 / 27 Sentyabr 2026
56
13:55 / 27 Sentyabr 2026
44
13:29 / 27 Sentyabr 2026
182
13:26 / 27 Sentyabr 2026
68
13:12 / 27 Sentyabr 2026
53
13:01 / 27 Sentyabr 2026
186
12:58 / 27 Sentyabr 2026
57
12:46 / 27 Sentyabr 2026
536
12:38 / 27 Sentyabr 2026
184
12:29 / 27 Sentyabr 2026
423
12:06 / 27 Sentyabr 2026
71
11:52 / 27 Sentyabr 2026
178
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.