Fərid Usubov ifadə verdi
07 Noyabr 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
267
07.09.2026, 11:24
Tovuzda dövlət hərraclarında ucuz qiymətə avtomobillər və mülk alıb-satmaq adı ilə 120 min manatlıq dələduzluq edən şəxs həbs olunub.
Oxu24.com -un xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Cəsur E. ittiham olunduğu əməli törətməkdə təqsirli bilinib və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Onun barəsində öncədən seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Cəsur E. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərraclarda ucuz qiymətə avtomobillər və mülk alıb-satmaq adı ilə vətəndaşların etibarından sui-istifadə etməkdə təqsirləndirilib.
İttihama görə o, özünü dövlət hərraclarında təcrübəli şəxs kimi qələmə verərək, bazar dəyərindən dəfələrlə ucuz "Hyundai Sonata", "Lada Niva", "VAZ 2107", "Priora" və digər maşınları alacağını vəd edib.
O, həmçinin Şəmkir rayonunda yerləşən "Çinar" soyuducu zavodunun özəlləşdirilməsində pay sahibi etmək adı ilə zərərçəkmişin birindən külli miqdarda pul alıb.
Digər zərərçəkəndən isə 14 min manat dəyərində “Chevrolet Cruze” markalı avtomobilini lizinqlə satmaq adı ilə götürərək, özünün başqa bir şəxsə olan 11 min manat şəxsi borcunun əvəzinə verib. O, 7 nəfərə ümumilikdə 120 min manatdan artıq ziyan vurub.
Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.
İttiham edilən şəxs dəymiş ziyanın 63 min manatını ödəyib.
Təqsirləndirilən şəxs bundan öncə oğurluq əməlində təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 2026-cı ilin əvvəlində “Amnistiya aktı” ilə cəzadan azad edilib.
11:11 / 07 Noyabr 2026
38
11:08 / 07 Noyabr 2026
423
11:05 / 07 Noyabr 2026
60
10:55 / 07 Noyabr 2026
60
10:44 / 07 Noyabr 2026
66
10:23 / 07 Noyabr 2026
93
10:16 / 07 Noyabr 2026
106
10:14 / 07 Noyabr 2026
93
09:54 / 07 Noyabr 2026
166
09:43 / 07 Noyabr 2026
93
09:36 / 07 Noyabr 2026
1492
09:16 / 07 Noyabr 2026
143
09:09 / 07 Noyabr 2026
105
01:05 / 07 Noyabr 2026
618
00:23 / 07 Noyabr 2026
395
00:10 / 07 Noyabr 2026
609
00:06 / 07 Noyabr 2026
245
23:42 / 06 Noyabr 2026
554
23:37 / 06 Noyabr 2026
316
23:32 / 06 Noyabr 2026
206
23:28 / 06 Noyabr 2026
362
23:21 / 06 Noyabr 2026
213
23:17 / 06 Noyabr 2026
196
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.