19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu
18 Avqust 2026, 17:55
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
689
23.06.2025, 13:15
Onun 3 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir.
Alimenti ödəmədiyinə görə keçmiş həyat yoldaşından şikayət edən Həmidov Rasim barədə məlumat vermişdik.
Oxu24.com xəbər verir ki, bu günlərdə əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidov Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi Seymur Xəlilovun dəvəti ilə Ədliyyə Nazirliyində olub.
Rasim Həmidovun sözlərinə görə,O,Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağrılıb.Çağırış onun şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanmış, 253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı olub.
Rasim Həmidov qanunverciliyin tələblərinə uyğun olaraq onun şikayəti əsasında keçmiş arvadı Sevinc Həmidova barəsində başlanmış cinayət işi ilə tanış olub və istintaq prosesi başa çatdığına görə toplanmış materiallar cinayət işinə əlavə olmaqla borcluya ittiham olunması üçün Baş Prokurorun birinci müavini,III dərəcə ədliyyə müşaviri Ceyhun Kərimova göndərilib.
İttiham aktı təsdiq edildikdən sonra cinayət işinin qanunvericiliyin tələblərinə uyğun olaraq baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə həvalə ediləcəyi gözlənilir.
Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə məlumat son bir neçə gündə saytların əsas xəbər başlığına çevrilməklə sosial şəbəkələrdə gündəm olub.
Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması üçün hər ay,hər uşağa görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin ,yazılanlara görə aliment ödəməli olan S.Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki,qətnaməni icra etməməkdən ötrü süni əngəl törətməklə müxtəlif cür bəhanələr gətirib.
Qeyd edək ki, Ağcabədi Rayon Məhkəməsinin 28.03.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Borclunun olduğu yer müəyyən edilmədiyindən icra məmurunun 02.12.2022-ci və 12.04.2023-cü il tarixli qərarları ilə axtarışla şöbəyə gətirilmiş S.Həmidova Ağcabədi Rayon Məhkəməsinin 25.01.2023-cü 10.09.2024-cü il tarixli qərarları ilə hər biri 500 manat olmaqla iki dəfə inzibati qaydada cərimə edilmişdir.
Miri Məcidli
17:55 / 18 Avqust 2026
6
17:40 / 18 Avqust 2026
31
17:25 / 18 Avqust 2026
48
17:10 / 18 Avqust 2026
52
16:51 / 18 Avqust 2026
48
16:45 / 18 Avqust 2026
65
16:30 / 18 Avqust 2026
61
16:15 / 18 Avqust 2026
70
16:07 / 18 Avqust 2026
69
15:55 / 18 Avqust 2026
58
15:40 / 18 Avqust 2026
88
15:30 / 18 Avqust 2026
88
15:28 / 18 Avqust 2026
73
15:15 / 18 Avqust 2026
78
15:08 / 18 Avqust 2026
91
15:06 / 18 Avqust 2026
66
14:50 / 18 Avqust 2026
83
14:38 / 18 Avqust 2026
87
14:30 / 18 Avqust 2026
89
14:15 / 18 Avqust 2026
78
14:12 / 18 Avqust 2026
82
14:05 / 18 Avqust 2026
81
13:59 / 18 Avqust 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.