Sürücülük vəsiqələri ilə bağlı VACİB XƏBƏR
11 İyul 2025, 22:51
Qaynar xətt:
(+99450) 247 90 86Alimenti verməyən qadına cinayət işi açıldı,həbs oluna bilər — MƏHKƏMƏ
HÜQUQ
1794
16.05.2025, 16:42
Keçmiş həyat yoldaşının məhkəmə qərarlarını icra etməməsindən şikayətçi olan vətəndaş mətbuat vasitəsi ilə aidiyyatı qurumlara müraciət edib.
Oxu24.com xəbər verir ki,CityPost.az saytına müraciət edən Həmidov Rasim Həmid oğlu bildirib ki, 2022-ci ilin oktyabrında Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək həyat yoldaşı Həmidova Sevinc Baxşeyiş qızı ilə boşanmaq istədiyini və 3 övladı üçün qarşı tərəfindən aliment tələb etdiyini iddia ərizəsində qeyd edib. Ər arvadını boşaya bilsə də, məhkəmənin kəsdiyi alimenti illərdir ondan ala bilmir.
“2006-cı ildə ailə qurdum.Ailəmizin ilk illərindən evimizdə söz-söhbətlər olurdu.Mən özüm Laçın rayonundanam.Özümüz Sumqayıt şəhərində məskunlaşmışıq.Həyat yoldaşımla münasibətlərimiz düz gəlmədiyi üçün məhkəmə qaydasında boşandıq.Hələ evliliyimizin davam etdiyi müddətlərdə keçmiş həyat yoldaşım dəfələrlə uşaqları evdə qoyub ata evinə gedirdi.Bu hal dəfələrlə baş verdiyi üçün uşaqlar da artıq yorulmuşdular. 3 uşağı özüm böyütmüşəm.Bütün baş verənlərdən bezib məhkəməyə müraciət etdim.Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rəşad Qoşqarlının sədrliyi ilə baş tutan məhkəmə prosesində mənim xeyrimə 6 oktyabr 2022-ci il tarixli qətnamə qəbul etdi.Məhkəmənin qərarı ilə nikahımız ləğv olundu,3 uşaq mənim himayəmdə qaldı və uşaqların hər biri üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla,ümumilikdə 450 (dörd yüz əlli) manat miqdarında sabit pul məbləğində alimentin 10.01.2022-ci il tarixdən başlayaraq tutulub mənə verilməsi barədə məhkəmə qərar verdi.Qətnamədə aliment hissəsində dərhal icra edilməsi qeyd olunsa da,bu günədək məhkəmənin qanuni qüvvəyə minmiş qətnamənin keçmiş arvadım tərəfindən icra olunmur”,-deyə şikayətçi bildirib.
Rasim Həmidovun sözlərinə görə,məhkəmə qərarının icra edilməməsindən dəfələrlə aidiyyatı qurumlara şikayətlər edib,rəsmi şəxslərin qəbullarında olub.Buna baxmayaraq Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə icra idarəsinin və Ağcabədi rayon icra və probasiya şöbəsinin icraçıları bu günədək qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməyiblər.
“2022-ci ildə qanuni qüvvəsini almış məhkəmə hökmü niyə icra olunmur?Bu məndə haqlı olaraq müəyyən şübhələr yaradır.Qarşı tərəf alimneti ödəməkdən boyun qaçırmaq məqsədi ilə hər yola əl atır. Mənə şər atırlar ki,guya keçmiş yoldaşım gəlin gələrkən bizə 79 min manatlıq cehiz gətirib.Bizim evimiz 79 minlik cehizi tutacaq halda heç vaxt olmayıb.Bu məntiqə kim inanar?Yalandan deyirlər ki, gəlin gələrkən atası bizə 5 baş inək veribmiş.Alimentin məbləği artdıqca “inəklər”in sayı da da artırıldı...Bunlar hamısı ağ yalandır.Atam özü Xaçmazdan bir nəfərdən inək almışdı.Həmin inəyi də artırıb,kiçik təsərrüfat qurmuşdu. Bu faktı təsdiq edən şahidlər və tərtib edilmiş akt var. Qarşı tərəfin alimenti ödəməkdən imtina etməsi üçün uydurduğu bütün bunlar əsası olmayan mənasız bəhanələrdir. Məhkəmə qərarını icra etməkdən yayınmaqdan ötrü gündə min cür yalan arqumentlər gətirirlər”,-deyə Rasim Həmidov bildirib.
Sayt məsələ ilə bağlı araşdırma aparıb.Məlum olub ki,məhkəmə qətnaməsini qəsdən icra etmədiyinə görə,Həmidova Sevinc Baxşeyiş qızına cinayət işi açılıb. Həmidov Rasim Həmid oğlu zərərçəkmiş şəxs kimi,Həmidova Sevinc Baxşeyiş qızı isə təqsirləndirilən şəxs kimi tanınıb. İş hazırda Ədliyyə Nazirliyinin İstintaq İdarəsində araşdırılır.Yaxın günlərdə S.Həmidova barədə Azərbaycan CM-nin 306-cı maddəsinin tələblərinə uyğun olaraq açılmış cinayət işi məhkəməyə göndəriləcək.
Sayt işi aparan müstəntiq Seymur Xəlilovla əlaqə saxlayıb.Müstəntiqin sözlərinə görə,Rasim Həmidov İdarəyə dəvət olunub,ona hüquqları izah olunub və qarşı tərəfə məhkəmə qərarını qəsdən icra etmədiyinə görə cinayət işi açılıb. Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəhrəm Cəfərovun ifadəsi alınmaqla cinayət işinə əlavə edilib.Hazırda istintaq prosesi davam edir”,-deyə müstəntiq bildirib.
Sayt qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməsi üçün təhkim edilmiş Ağcabədi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru,II dərəcəli ədliyyə qulluqçusu Bəhram Cəfərovla da əlaqə saxlayıb. İcra məmuru bildirib ki,Həmidova Sevinc Baxşeyiş qızı qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyi üçün barəsində akt tərtib olunub,iki dəfə 500 manat olmaqla cərimə edilib..İş hazırda Ədliyyə Nazirliyinin İstintaq İdarəsindədir.
Sayt iddialarla bağlı qarşı tərəfin də mövqeyini öyrənib.
Sevinc Həmidovanın qardaşı Rəhim Həmidovun sözlərinə görə,bacısı alimenti ödəmək durumunda deyil.
“Bacım hazırda xəstədir.Atam da dünyasını dəyişdi.Hazırda bacımın maddi durumu acınacaqlıdır.İşsiz kimi qeydiyyata düşüb.Bacımın onlarda cehizi qalıb.Onu tələb edirik.Sənədləri məhkəməyə də təqdim etmişik.Laçın Rayon Məhkəməsində hakim Cavad İbrahimovun icraatındadır”,-deyə Rəhim Həmidov bildirib.
Həmçinin oxuyun
Oxu24.com məsələnin hüquqi tərəfinə də diqqət yetirib.
Mövzu ilə bağlı saytımıza açıqlama verən vəkil Şəms Mirzəyeva bildirib ki,alimenti ödəməkdən imtina edən şəxsin hüquqi məsuliyyəti yaranır.
“Aliment ödəməli olan şəxs tərəfindən bu və ya digər səbəbdən alimentin ödənilməməsi İcra Haqqında AR Qanununa əsasən məcburi icra tədbirlərinin tətbiqinə səbəb ola bilər. Belə ki, həmin şəxsin əmlakı və ya bank hesabları üzərinə həbs qoyula bilər, onun ölkədən çıxışı məhdudlaşdırıla bilər və s. Məhkəmənin artıq qanuni qüvvəyə minmiş qərarı mövcuddursa lakin şəxs onu icra etməkdən qəsdən və ya qərəzli şəkildə boyun qaçırırsa, bu artıq inzibati hüquq pozuntusudur. Bununla bağlı AR İXM 528-ci maddəsinə əsasən şəxs 500 manatdan 1000 manata qədər cərimə oluna bilər və ya 1 ayadək inzibati qaydada həbs oluna bilər. Eyni zamanda məhkəmə qərarlarının üzrsüz səbəbdən icra olunmaması cinayət məsuliyyətinə də səbəb ola bilər. Bununla bağlı şəxs AR CM 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu zaman şəxs 2000 manatdan 4000 manatadək cərimə, islah işləri, ictimai işlər, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilər. AR Ailə Məcəlləsinə əsasən valdeynlərin uşaqlarına münasibətdə aliment öhdəliklərini icra etməməsi valideynlik hüququndan məhrumetməyə belə səbəb ola bilər”,-deyə vəkil Şəms Mirzəyeva bildirib.
Sayt məsələni diqqətdə saxlayacaq.
Hazırladı: Miri Məcidli
14:04 / 13 İyul 2025
Pezeşkian həmin hücumda yaralanıbmış
1
13:37 / 13 İyul 2025
Hava ilə bağlı AÇIQLAMA
21
13:36 / 13 İyul 2025
Bu gün 34 mindən çox abituriyent imtahan verib
20
12:05 / 13 İyul 2025
Sumqayıtda atışma olub: Ölən var
374
12:00 / 13 İyul 2025
Qazaxda əkin sahəsində kişi meyiti tapılıb
55
11:59 / 13 İyul 2025
Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə
43
11:47 / 13 İyul 2025
Mədəsindən 27 alışqan çıxardılar - FOTO
52
11:43 / 13 İyul 2025
SON DƏQİQƏ! Rasimlə bağlı açıqlama
914
11:34 / 13 İyul 2025
Termosa görə kor oldular - minlərlə məhsul geri çağırılır
63
10:39 / 13 İyul 2025
Türkiyədə yenə zəlzələ oldu
66
10:20 / 13 İyul 2025
Bu ərazilər 5 gün qazsız qalacaq
69
09:55 / 13 İyul 2025
Azərbaycanlı aktrisa anası ilə şokolad vannasına girdi - FOTOlar
78
09:45 / 13 İyul 2025
Beynin "zəif nöqtəsi" tapıldı
67
09:24 / 13 İyul 2025
Von der Leyendən Trampa xəbərdarlıq - Cavab veriləcək
65
09:24 / 13 İyul 2025
Bu kişilərin yalnız qız övladları dünyaya gəlir-INANANILMAZ
68
09:14 / 13 İyul 2025
Maşını qadına sürməyə verdi, o da dənizə saldı - VİDEO
71
00:30 / 13 İyul 2025
Partlayışda xəsarət alaraq ölən şəxs polkovnik-leytenantın atasıdır
401
23:49 / 12 İyul 2025
Çimərliyə gedən yolda "Range Rover" aşdı - 2 yaralı var - FOTO
290
23:14 / 12 İyul 2025
Evlilik təklifinə görə oğlanı polis idarəsinə apardılar - FOTO
186
22:19 / 12 İyul 2025
14 yaşlı oğlan su arxında boğulub öldü
163
22:15 / 12 İyul 2025
Azərbaycanda iki il əvvəl itkin düşən yeniyetmənin qalıqları tapıldı
995
21:06 / 12 İyul 2025
Dizel və benzinlə bağlı yenlik
178
20:49 / 12 İyul 2025
Məktəblilərə dron uçurmağı öyrədəcəklər
370
20:36 / 12 İyul 2025
Azərbaycanda ən çox bu rayonda ailə qurublar
276
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.