Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həyata keçirilib.
Oxu24.com istinadən xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Binə qəsəbə sakini Mehman Əbilov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman kustar üsulla hazırlanan tapança və patronlar aşkar edilərək maddi sübut kimi götürülüb.
Mehman Əbilov - Saxlanılan şəxs: "Küçədə qara rəngə təzə sellofan gördüm, açıb baxdım. İçərisində 1 ədəd silah, 23 ədəd də parton vardı. Açığı silah xoşuma gəldi, qoydum belimə".
Faktla bağlı Mehman Əbilov barəsində 2-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Xəzər RPİ və ya 2-ci Polis Şöbəsinə müraciət edə bilərlər. Oxu24.com
ŞƏRHLƏR