Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10905
az

Azərbaycanda infeksion xəstəliklərdən üç məhkum ölüb

16:5514 Mart, 2019
498
KRİMİNAL
  • A
 
Hava-damcı yolu ilə keçən xəstəliklərin qarşısının alınması üçün bağçalarda, ictimai iaşə müəssisələrində işləyən şəxslərə çox ciddi tibbi nəzarət həyata keçirilməlidir.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə (MM) “Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmədə çıxış edən Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev deyib.

Penitensiar müəssisələrdə vərəmlə mübarizə ilə bağlı əldə olunan nəticələrin yüksək olduğunu deyən R.Mehdiyev qeyd edib ki, 2018-ci ildə penitensiar müəssisələrdə vərəmdən ölüm faizi 1995-ci illə müqayisədə 126, 2005-ci illə müqayisədə 11, 2015-ci illə müqayisədə iki dəfə az olub.

R.Mehdiyevin sözlərinə görə, bu il nazirliyin ixtisaslaşmış müalicə müəssisəsində həm vərəm, həm hepatit, həm də İİV virusuna yoluxmuş üç məhkum dünyasını dəyişib.

“Cəzaçəkmə müəssisələrində həm vərəm, həm də hepatit olan kontingentə rast gəlinir. Bu halda mübarizə aparmaq daha çətin olur. Biz bu xəstəliyin hər ikisi ilə mübarizə aparmalıyıq. Biz vərəm və İİV-lə mübarizə ilə bağlı beynəlxalq layihələr vasitəsilə əlavə vəsait cəlb edə bilirik, amma hepatitlə bağlı buna nail ola bilmirik”, - deyə o əlavə edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu