Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda FACİƏ: Ata və 6 yaşlı qızı Kür çayında batdı

KRİMİNAL

236

12.04.2024, 23:23

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb.

 OXU24.COM RegionXəbərləricom.az-a istinadən xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü Səma Süleymanlı və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı Səma suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

Hazırda onların axtarışları davam edir.