Neftimiz bahalaşdı
23 Aprel 2026, 09:52
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
815
06.02.2020, 13:25
"Neftin qiyməti 40 dollardan aşağı enərsə, dollar böhranı və onun bahalaşması baş verə bilər”.
Sfera.az-a açıqlamasında bu sözləri koronavirusun yayılması səbəbindən dünya birjalarında neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanda yeni dollar böhranının yaşanacağı ehtimalına toxunarkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.
Amma ekspert hesab edir ki, yaxın zamanlarda dolların ucuzlaşması inandırıcı deyil:
Həmçinin oxuyun
"Hazırda bilirsiniz ki, manatın dollara nisbətdə məzənnəsini Azərbaycan hökuməti inzibati qaydada müxtəlif metodlarla tənzimləyir. Ona görə də neftin qiymətinin 3-5 dollar enməsinin Azərbaycanda dollar böhranı yaşanmasına və dolların bahalaşma tendensiyasına hələlik elə bir təsiri yoxdur. Yalnız neftin qiyməti 40 dollar səviyyəsindən aşağı düşərsə ölkəmizdə dollar böhranı yaşana bilər. Yəni, Azərbaycanda böhran həddi neftin qiymətinin 40 dollardan aşağı düşməsidir. Hələlik isə neftin qiyməti həmin barajdan yüksəkdir. Hazırda neftin qiyməti 55-58 dollar arasında qalxıb enir ki, bu da gözlənilən idi. Beynəlxalq ekspertlərin rəyinə görə bu enmələr davamlı olmayacaq”.
Ekspert onu da vurğuladı ki, neftin davamlı olaraq ucuzlaşması prosesi yay ayları üçün proqnozlaşdırılır:
"Ekspertlərin əksəriyyətinin qənaətincə bu hal daha çox yay aylarında baş verəcək. Düzdür, burda da yekdil fikir yoxdur. Ona görə də Azərbaycanda neftin ucuzlaşması səbəbilə dolların bahalaşması və dollar böhranının yaşanması qarşıdakı aylarda gözlənilmir”.
12:27 / 23 Aprel 2026
1
12:18 / 23 Aprel 2026
18
12:14 / 23 Aprel 2026
26
12:06 / 23 Aprel 2026
260
11:57 / 23 Aprel 2026
27
11:52 / 23 Aprel 2026
32
11:46 / 23 Aprel 2026
39
11:38 / 23 Aprel 2026
36
11:27 / 23 Aprel 2026
36
11:18 / 23 Aprel 2026
198
11:14 / 23 Aprel 2026
49
11:00 / 23 Aprel 2026
308
10:58 / 23 Aprel 2026
44
10:55 / 23 Aprel 2026
43
10:52 / 23 Aprel 2026
36
10:49 / 23 Aprel 2026
369
10:40 / 23 Aprel 2026
48
10:37 / 23 Aprel 2026
344
10:31 / 23 Aprel 2026
88
10:30 / 23 Aprel 2026
107
10:23 / 23 Aprel 2026
58
10:22 / 23 Aprel 2026
47
10:22 / 23 Aprel 2026
53
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.