Bitkoini harada saxlamaq daha təhlükəsizdir? Birja, yoxsa şəxsi cüzdan?
23 İyul 2026, 10:50
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
64
23.07.2026, 22:15
Bu il iyulun 1-nə Azərbaycanın Avrasiya nəqliyyat karkasının inkişafına yatırdığı investisiyalar 3,4 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Oxu24.com Avrasiya İnkişaf Bankının "Nəqliyyat layihələri observatoriyası"na istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin göstəricisindən 61,9 % çoxdur.
Hesabat dövründə Avrasiya nəqliyyat karkasının nəqliyyat layihələri platformasına ümumi investisiya həcmi 345 milyard ABŞ dolları olan, həm artıq həyata keçirilən, həm də planlaşdırılan 402 layihə daxil edilib. Daha 100 milyard ABŞ dolları isə hələ icrasına başlanılacaq layihələrin payına düşür.
Ötən il ərzində 10 milyard dollarlıq obyektlər istismara verilib, portfelə isə 74 milyard ABŞ dolları dəyərində 70 yeni layihə əlavə olunub.
Observatoriya 13 ölkəni əhatə edir: Azərbaycan, Ermənistan, Əfqanıstan, Belarus, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan.
Bütün investisiyaların 21 %-dən çoxu - 114 layihə üzrə 71,8 milyard ABŞ dolları Mərkəzi Asiya regionu ölkələrinin payına düşür. Bu məbləğin 45 %-dən çoxu Qazaxıstanda həyata keçirilən layihələrə aiddir. Mərkəzi Asiya ölkələrindəki investisiyaların 56 %-i avtomobil yolları şəbəkəsinin inkişafına yönəldilib ki, bu da regionda beynəlxalq daşımaların və ticarətin inkişafında avtomobil nəqliyyatının yüksək rolundan xəbər verir. İnvestisiyaların daha 29,8 %-i isə Mərkəzi Asiyadan keçən nəqliyyat dəhlizlərinin dəmir yolu sahələrinin inkişafına yönəldilib.
Yalnız 2025-ci il ərzində burada 6 milyard dollarlıq nəqliyyat infrastrukturu obyektləri istifadəyə verilib.
Avrasiya nəqliyyat karkasının inkişafına yönəldilən investisiyaların ən böyük hissəsi dəmir yolu sektorunun payına düşür (42,8 %) və ya 147,4 milyard ABŞ dolları təşkil edir. Ölkələr üzrə isə ən böyük pay Rusiyanın payına düşür (65,3 %) və ya 225,2 milyard ABŞ dolları həcmindədir. Avrasiya nəqliyyat karkasının inkişafı üzrə ən böyük 10 infrastruktur layihəsindən 8-i Rusiyada həyata keçirilir.
Şimali Avrasiya dəhlizinin inkişafı ən çox kapital tələb edən istiqamətdir. Ümumi investisiya həcmi 84,8 milyard ABŞ dolları dəyərində qiymətləndirilir ki, bu da bütün Avrasiya nəqliyyat karkasının ümumi kapital xərclərinin dörddə birindən çoxdur. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafının ümumi dəyəri 2025-ci ildə 52,8 milyard ABŞ dolları dəyərində (Moskva - Sankt-Peterburq yüksəksürətli magistralı istisna olmaqla) qiymətləndirilib.
Ən böyük investisiya layihəsi dəmir yollarının Şərq poliqonunun modernləşdirilməsidir.
Özəl kapital 123 layihədə iştirak edir, üstəlik onların demək olar ki, yarısı anbar və logistika infrastrukturu sahəsindədir. Daha 27 layihə dövlət-özəl tərəfdaşlığı prinsipləri əsasında həyata keçirilə bilər.
Bu layihələrdə beynəlxalq inkişaf banklarının da rolu artır. Onlar artıq 48 layihədə iştirak edir, daha 29 perspektivli təşəbbüsün isə bankların cəlb edilməsi ilə maliyyələşdirilməsi planlaşdırılır.
Çin də Mərkəzi Asiyanın nəqliyyat layihələrində iştirakını artırır. O, 20-dən çox belə layihənin həyata keçirilməsində iştirak edir və vəsaitlərin həcmi artıq 7 milyard ABŞ dollarını ötür.
İnvestisiya həcminə görə Avrasiya nəqliyyat karkasının inkişafı layihələrinin ümumi sayının 62 %-dən çoxu icra mərhələsindədir. Layihələrin ümumi sayının daha 8,8 %-i layihə sənədlərinin hazırlanması, 29 %-i isə planlaşdırma mərhələsindədir.
Mərkəzi Asiyada Avrasiya nəqliyyat karkasının inkişafına qoyulan investisiyaların böyük hissəsi – 42,8 milyard ABŞ dolları – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu da daxil olmaqla, TRACECA dəhlizi ayrı-ayrı hissələrinin inkişafına yönəldilib.
23:19 / 23 İyul 2026
1
22:37 / 23 İyul 2026
53
21:57 / 23 İyul 2026
71
21:39 / 23 İyul 2026
70
21:26 / 23 İyul 2026
77
20:51 / 23 İyul 2026
75
20:18 / 23 İyul 2026
76
19:33 / 23 İyul 2026
84
19:13 / 23 İyul 2026
93
19:09 / 23 İyul 2026
83
18:57 / 23 İyul 2026
83
18:37 / 23 İyul 2026
93
17:59 / 23 İyul 2026
114
17:45 / 23 İyul 2026
86
17:35 / 23 İyul 2026
107
17:25 / 23 İyul 2026
94
17:12 / 23 İyul 2026
129
17:04 / 23 İyul 2026
309
17:00 / 23 İyul 2026
93
16:58 / 23 İyul 2026
114
16:53 / 23 İyul 2026
128
16:46 / 23 İyul 2026
112
16:35 / 23 İyul 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.