Çevik iş rejimi modeli tətbiq ediləcək - VİDEO
21 İyul 2026, 11:17
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
105
20.07.2026, 11:54
“Azərbaycan bank sektorunun 2026-cı ilin ilk altı ayı üzrə maliyyə göstəriciləri açıqlanıb. Diqqət çəkən məqam malyyə nəticələrinin yenə də məhdud sayda bankda cəmləşməsidir. Xalis mənfəət, əməliyyat mənfəəti, faiz gəlirləri və balans kapitalı üzrə bazarın ilk üç bankı açıq üstünlüyünü qoruyur. Təkcə xalis mənfəətə baxdıqda ilk üç bank birlikdə təxminən 540 mln manat mənfəət əldə edib. Dördüncü yerdə qərarlaşan bankın mənfəəti isə cəmi 34,5 mln manatdır. Bu fərq bazarda maliyyə nəticələrinin yüksək səviyyədə konsentrasiya olunduğunu göstərir”.
Oxu24.com xəbər verir ki, bu sözləri iqtsadçı ekspert Eldəniz Əmirov deyib.
O qeyd edib ki, eyni mənzərə dövlət büdcəsinə ödənilən mənfəət vergisində də müşahidə olunur:
“İlk üç bankın ödədiyi mənfəət vergisinin ümumi məbləği 158 mln manatdan çoxdur. Bu isə sektorun həm mənfəətinin, həm də vergi yükünün əsas hissəsinin iri banklarda formalaşdığını göstərir.
Açıqlanan göstəricilər maraqlı bir məqamı da ortaya qoyur. Bankların gəlirləri ilə yekun maliyyə nəticələri hər zaman eyni istiqamətdə dəyişmir. Bəzi banklarda əməliyyat mənfəəti artsa da, xalis mənfəət eyni templə artmır, hətta azalır. Bunun əsas səbəblərindən biri risklər üzrə əlavə ehtiyatların yaradılması və digər maliyyə amilləridir. Yəni bankın daha çox gəlir əldə etməsi avtomatik olaraq daha yüksək xalis mənfəət demək deyil”.
İqtisadçının sözlərinə görə, bəzi banklarda həm əməliyyat mənfəəti, həm də xalis mənfəət artıb:
“Bu isə göstərir ki, bankların maliyyə nəticələri yalnız gəlirlərin artımından deyil, risklərin idarə olunmasından, xərclərdən və digər amillərdən də asılıdır. Xalis mənfəətin illik dinamikasına baxdıqda da banklar arasında ciddi fərqlər görünür. Məsələn, bəzi banklarda mənfəət əvvəlki ilin eyni dövrü ilə müqayisədə 130-150 % artdığı halda, bəzi banklarda 50 %-dən çox azalma qeydə alınıb. Bu da sektor ümumilikdə sabit görünsə də, ayrı-ayrı bankların maliyyə nəticələrinin eyni olmadığını göstərir.
Faiz gəlirləri isə bank sektorunun əsas gəlir mənbəyi olaraq qalır. Bu göstərici üzrə də bazarın aparıcı üç bankı lider mövqedədir. Bu mənzərə göstərir ki, Azərbaycan bank sektorunda gəlirlərin əsas hissəsi hələ də kreditlər və digər faiz gətirən aktivlər hesabına formalaşır. Qeyri-faiz gəlirləri artsa da, hələlik sektor üzrə ümumi gəlir strukturunu dəyişəcək səviyyədə deyil”.
E.Əmirov əlavə edib ki, əməliyyat xərcləri və balans kapitalı üzrə göstəricilər də iri bankların üstün mövqeyini təsdiqləyir:
“Daha geniş filial şəbəkəsi, daha çox müştəri bazası və daha böyük əməliyyat həcmi onların həm xərclərinin, həm də kapitalının yüksək olmasını şərtləndirir.
Ümumilikdə, 2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, Azərbaycan bank sektoru sabit fəaliyyətini davam etdirir. Bankların əksəriyyəti gəlirliliyini qoruyub saxlayıb, kapital mövqeyi güclü olaraq qalır və sektor üzrə ciddi maliyyə pisləşməsi müşahidə edilmir.
Bununla yanaşı, açıqlanan göstəricilər bank sektorunun qarşısında duran əsas məsələləri də göstərir. Maliyyə nəticəlrinin böyük hissəsinin məhdud sayda bankda cəmləşməsi, gəlirlərin əsasən faiz gəlirlərindən asılı qalması və banklar arasında maliyyə nəticələrinin kəskin fərqlənməsi gələcək dövrdə diqqət yetirilməli istiqamətlərdəndir.
Bir sözlə, 2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, Azərbaycan bank sektoru sabit inkişaf mərhələsindədir. Amma rəqabət mühitinin daha da gücləndirilməsi, gəlir mənbələrinin daha balanslı formalaşdırılması və qeyri-faiz gəlirlərinin payının artırılması sektorun uzunmüddətli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.
13:26 / 21 İyul 2026
33
12:57 / 21 İyul 2026
50
12:35 / 21 İyul 2026
62
12:17 / 21 İyul 2026
60
12:15 / 21 İyul 2026
74
12:12 / 21 İyul 2026
66
12:10 / 21 İyul 2026
66
12:07 / 21 İyul 2026
60
12:03 / 21 İyul 2026
59
11:59 / 21 İyul 2026
69
11:31 / 21 İyul 2026
72
11:17 / 21 İyul 2026
65
10:54 / 21 İyul 2026
77
10:37 / 21 İyul 2026
73
10:34 / 21 İyul 2026
71
10:32 / 21 İyul 2026
88
10:26 / 21 İyul 2026
72
10:15 / 21 İyul 2026
71
10:02 / 21 İyul 2026
65
09:45 / 21 İyul 2026
66
09:34 / 21 İyul 2026
77
09:31 / 21 İyul 2026
62
09:28 / 21 İyul 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.