Bu status büdcəyə ağır yük yarada bilər - Ekspertdən ŞOK PROQNOZ
10 İyul 2026, 12:17
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
87
13.07.2026, 13:47
Artıq ödənilmiş pensiya məbləğlərinin illər sonra vətəndaşlardan geri tələb olunması cəmiyyətdə ciddi müzakirə və narazılıq doğuran məsələlərdən biridir. Xüsusilə də bu növ ödənişlərin vətəndaşın heç bir təqsiri olmadan, sırf dövlət qurumunun texniki və ya inzibati səhvi nəticəsində yaranması məsuliyyətin kimin üzərinə düşməsi ilə bağlı sualları gündəmə gətirir. Hazırkı qanunvericiliyə görə, bu cür artıq ödənişlərin geri tutulması illərlə davam edən prosesləri əhatə edə bilir. Bir çox ekspertlər və vətəndaşlar isə bu müddətin qanunvericiliklə maksimum 1 ilə endirilməsini təklif edirlər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli məsələyə fərqli prizmadan yanaşaraq maraqlı məqamlara toxunub.
Müsahibimizin sözlərinə görə,bu cür hallar çox vaxt baş verir və bəzən texniki səhvlərin nəticəsində insanlara əlavə ödənişlər ödənilir:“Bu halda bu iki tərəfin də məsuliyyətini müəyyən etməlidir. Çünki daima müəyyən məbləğdə pensiya alan şəxs əgər ona artıq vəsait ödənilirsə, özü də maraqlanmalıdır ki, bu vəsait nə üçün ödənilir”.
İqtisadçı qeyd edib ki, qanunvericilikdə belə maddələr var: əsassız varlanma ya qeyri-qanuni gəlir:“Əgər sizin bank kartınıza kimsə artıq vəsait ödəyirsə, siz bilmirsiniz bu vəsait necə gəlib, bunu geri qaytarmalısınız, ya bu əsassız varlanma sayılır.Hesab edirəm ki, bu hər iki tərəfin məsuliyyətini müəyyənləşdirməlidir. Artıq vəsait alan şəxs də məlumatlandırmalıdır, maraqlanmalıdır ki, niyə artıq vəsait alır və vaxtında bunun qarşısını almalıdır”.
O bildirib ki, texniki səbəbdən dövlət qurumları tərəfindən də bu cür hallar baş verir və üzərindən bəzən müddət keçəndən sonra o geri tələb olunur.
Eyyub Kərimli vurğulayıb ki, bu tam obyektiv yanaşmadır və bunun bir il və ya üç il davam etməsindən asılı olmayaraq, artıq ödənilən vəsaitlər geri alınmalıdır:“Çünki insanlar onu qanuni yolla əldə etməyiblər, texniki səhv nəticəsində baş verib. Və bu baxımdan bunun tənzimlənməsi təbii bir prosesdir”.O bu müddətin bir ilə endirilməsinə ehtiyac olmadığını bildirib. Çünki bəzən bu proseslər illərlə davam edir və bəzi hallarda, əlbəttə, bundan dövlət büdcəsi də zərər çəkir. Həmin vəsait digər təqaüdçülərin vəsaiti də ola bilər və dövlət büdcəsinə əlavə xərclər yaradır.
Çimnaz Telmanqızı
16:02 / 13 İyul 2026
1
15:44 / 13 İyul 2026
28
15:40 / 13 İyul 2026
31
15:39 / 13 İyul 2026
32
15:07 / 13 İyul 2026
49
15:03 / 13 İyul 2026
41
14:57 / 13 İyul 2026
119
14:49 / 13 İyul 2026
46
14:25 / 13 İyul 2026
296
14:25 / 13 İyul 2026
66
14:23 / 13 İyul 2026
61
14:20 / 13 İyul 2026
59
14:15 / 13 İyul 2026
62
14:10 / 13 İyul 2026
68
14:06 / 13 İyul 2026
67
13:56 / 13 İyul 2026
636
13:53 / 13 İyul 2026
204
13:42 / 13 İyul 2026
72
13:34 / 13 İyul 2026
66
13:28 / 13 İyul 2026
690
13:28 / 13 İyul 2026
72
13:19 / 13 İyul 2026
69
12:59 / 13 İyul 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.