Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumundan ailə fotosu paylaşılıb
13 İyul 2026, 15:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
263
13.07.2026, 14:25
Satınalan təşkilat tərəfindən icra və (və ya) avans təminatının ödənilməsinin mümkünsüzlüyü müəyyən edilmiş qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilib-edilməməsinin qayda və prosesinə dair hüquqi əsas formalaşdırılır.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzarət orqanının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında qeyri-rezident hüquqi və fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi və ya azad edilməsindən imtina olunması barədə qəbul edilmiş qərar əsasında qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilib-edilməməsinin müəyyən edilməsi təklif edilir.
Bununla da bir mənbədən satınalma metodunun tətbiq edildiyi və müvafiq qeyri-rezident hüquqi və ya fiziki şəxs olan təchizatçılar tərəfindən icra və ya avans təminatının təqdim edilməsi mümkünsüz olduğu hallarda büdcə təşkilatlarının həmin təchizatçılar qarşısında götürdüyü öhdəliklərin icra edilməsi ilə bağlı dövlət xəzinədarlığında yaranan müvafiq çətinliklər aradan qaldırılacaq.
Qeyd edilib ki, dövlət xəzinədarlığı vasitəsilə büdcə təşkilatlarının xarici təchizatçılardan satın aldığı mal, iş və xidmətlərə görə yaranan kreditor borclarının ödənilməsi zamanı bir sıra qurumların satınalma müqavilələri üzrə xarici təchizatçılardan icra və (və ya) avans təminatı tələb olunur və bu təminatların təqdim edilmədiyi aşkar edilir.
İcra və (və ya) avans təminatının təqdim edilməməsi ilə bağlı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda hər hansı istisna olmadığından həmin sənədlərin təqdim edilməməsi xəzinədarlıq orqanları tərəfindən ödənişlərin edilməsini mümkünsüz edir və nəticə etibarilə müvafiq mal, iş və xidmət alışı baş tutmur.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
***
Qeyri-qida istehlak mallarıyla əlaqədar idxal nəzarət mexanizmi yaradılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif olunan qanun layihəsi ölkəyə idxal olunan qeyri-qida istehlak mallarının təhlükəsizlik göstəricilərinə görə texniki reqlamentlərin tələblərinə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri ilə müşayiət olunmasını təmin etməyi nəzərdə tutur.
Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisinə idxal edilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyi təmin edilməklə rəqabət mühiti qorunacaq, yerli istehsal dəstəklənəcək, idxalda texniki reqlamentlərə, yəni insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş məcburi tələblərə cavab verməyən malların ölkəyə daxil olmasının qarşısı alınacaq.
Ölkədə sahibkarlığın inkişafına və biznes mühitinin dəstəklənməsinə yönəldilmiş dövlət siyasəti prioritetləri nəzərə alınmaqla, qeyri-qida istehlak mallarının idxalı ilə məşğul olan təsərrüfat subyektlərinə fəaliyyətlərini yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə layihədə 24 ay keçid dövrü nəzərdə tutulur.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
***
Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradılacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülə bilməsi 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq və onun şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanun layihəsi vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün isə əlavə maliyyə mənbələrinin yaradılmasına, son nəticədə qeyri neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
***
Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Psixiatriya yardımı haqqında” qanuna əsasən, psixiatriya müayinəsi şəxsin psixi vəziyyətini, psixiatriya yardımına ehtiyacı olub-olmadığını müəyyənləşdirmək, habelə psixiatriya yardımı göstərilməsi barədə qərar qəbul etmək məqsədi ilə həyata keçirilir. Qanunun 17.2-ci maddəsinə görə psixiatriya müayinəsi, habelə profilaktik müayinə şəxsin yaşadığı ərazinin müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən, eləcə də müayinə olunanın və ya 16 yaşına çatmamış şəxsin valideynlərinin (qanuni nümayəndəsinin) razılığı (xahişi) ilə, həmçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsin qanuni nümayəndəsinin razılığı (xahişi) ilə aparılır.
İnzibati Xətalar Məcəlləsinin 15-ci maddəsi anlaqsız vəziyyətdə hüquqazidd əməl törədən şəxsin inzibati məsuliyyətini istisna etsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin psixiatriya müayinəsi ilə əlaqədar prokuror və ya müvafiq səlahiyyətli şəxs tərəfindən qərarın qəbul edilməsi ilə bağlı “Psixiatriya yardımı haqqında” qanunda hər hansı müddəa nəzərdə tutulmayıb.
Ona görə ki, psixi pozuntu vəziyyətində olan şəxsin özünün, habelə başqa şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən qanuna 19.2-1-ci və 17.4-cü maddələrin əlavə edilməsi təklif olunur.
Bu xüsusda psixi pozuntu vəziyyətində olan şəxslərin və ya onların qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qanuna yeni 17.2.5-ci maddənin əlavə edilməsi təklif edilir.
Eyni zamanda bu kateqoriyadan olan şəxslərin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı, psixiatriya müəssisəsinin rəhbəri tərəfindən dərhal həmin şəxslərin yaxın qohumlarına və qanuni nümayəndələrinə, prokurora və ya müvafiq səlahiyyətli şəxsə məlumat verilməsi ilə bağlı qanunun 25.1-ci maddəsinə əlavənin edilməsi nəzərdə tutulur.
Bununla yanaşı layihədə psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatların elektron sağlamlıq kartı sistemində saxlanılması, adıçəkilən şəxsə göstərilən yardım tədbirləri barədə məlumatların şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilməsi, həmin şəxsin qanuni nümayəndəsinə isə qeyd olunan məlumatların onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunması; habelə müalicədən imtina edilməsi ilə bağlı məlumatların elektron sağlamlıq kartı sisteminə daxil edilməsinə dair Qanunun 7.2-ci, 7.5-ci və 10.2-ci maddələrinə müvafiq müddəaların əlavə edilməsi təklif edilir.
Göstərilənlərdən əlavə, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilmiş, özünə və ya digərlərinə təhlükə yaradan şəxslərin digər pasiyentlərdən təcrid olunaraq müalicəsi və rejim qaydalarının təmin edilməsi məqsədilə qanuna yeni 12.4-cü və 24.2-1-ci maddələrin əlavə edilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, qanun layihəsinin qəbulu psixiatriya yardımı sahəsində qanunvericilikdə mövcud olan hüquqi boşluqların aradan qaldırılmasına və bu sahədə qaydaların təkmilləşdirilməsinə xidmət edəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
***
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək.
Bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
***
Milli Məclisin bu gün keçirilən plenar iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi son oxunuşda qəbul olunub.
Yeni qanunla idxal olunan və barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş mallara dair "Texniki tənzimləmə haqqında" Qanuna əsasən tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməli və gömrük rəsmiləşdirilməsi zamanı yoxlanılmalıdır.
Bu tələblər idxal edilən mallara yalnız müvafiq texniki reqlamentlərin və istinad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən 2 il keçdikdən sonra şamil olunacaq.
***
15:44 / 13 İyul 2026
1
15:40 / 13 İyul 2026
8
15:39 / 13 İyul 2026
11
15:07 / 13 İyul 2026
41
15:03 / 13 İyul 2026
36
14:57 / 13 İyul 2026
110
14:49 / 13 İyul 2026
42
14:25 / 13 İyul 2026
61
14:23 / 13 İyul 2026
55
14:20 / 13 İyul 2026
54
14:15 / 13 İyul 2026
57
14:10 / 13 İyul 2026
65
14:06 / 13 İyul 2026
65
13:56 / 13 İyul 2026
588
13:53 / 13 İyul 2026
191
13:47 / 13 İyul 2026
80
13:42 / 13 İyul 2026
70
13:34 / 13 İyul 2026
64
13:28 / 13 İyul 2026
650
13:28 / 13 İyul 2026
69
13:19 / 13 İyul 2026
67
12:59 / 13 İyul 2026
72
12:53 / 13 İyul 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.