Qar yağacaq,dolu düşəcək -Sabahın havası
02 Oktyabr 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
9809
13.07.2026, 13:28
Azərbaycanda kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, kraudfandinq platformasının operatoru tərəfindən açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək cərimə edilir, hüquqi şəxslər üç min manatdan dörd min manatadək cərimə ediləcək.
Kraudfandinq platformasının operatoru tərəfindən fəaliyyətinə dair hesabatların Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
Kraudfandinq platformasının operatoru tərəfindən platformanın idarə edilməsi ilə əlaqədar saxlanılmalı məlumatların və sənədlərin saxlanılması qaydalarının pozulmasına görə vəzifəli şəxslərə və ya onlar beş yüz manatdan altı yüz manatadək cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Kradufandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.
Kradufandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən kraudfandinq kampaniyasının keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, “Kraudfandinq haqqında” Azərbaycan Respublikası Qanunu dərc olunduğu gündən 6 ay sonra, bu cərimələrə də həmin qanunla eyni tarixdən qüvvəyə minəcək.(Ajans.az)
12:52 / 02 Oktyabr 2026
1
12:39 / 02 Oktyabr 2026
45
12:36 / 02 Oktyabr 2026
37
12:34 / 02 Oktyabr 2026
42
12:31 / 02 Oktyabr 2026
42
12:29 / 02 Oktyabr 2026
44
12:25 / 02 Oktyabr 2026
44
12:21 / 02 Oktyabr 2026
48
12:10 / 02 Oktyabr 2026
51
12:06 / 02 Oktyabr 2026
99
12:05 / 02 Oktyabr 2026
57
12:04 / 02 Oktyabr 2026
47
11:57 / 02 Oktyabr 2026
257
11:52 / 02 Oktyabr 2026
55
11:40 / 02 Oktyabr 2026
345
11:30 / 02 Oktyabr 2026
57
11:25 / 02 Oktyabr 2026
71
11:19 / 02 Oktyabr 2026
59
11:11 / 02 Oktyabr 2026
59
11:10 / 02 Oktyabr 2026
60
11:05 / 02 Oktyabr 2026
78
11:02 / 02 Oktyabr 2026
295
10:54 / 02 Oktyabr 2026
56
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.