Artım 2%-ə qədər olub - RƏSMİ
11 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
588
17.05.2026, 13:52
Bakıda marketlərin birində satışa çıxarılan və “şüşə konfet” kimi tanınan məhsulun qiyməti sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, həmin konfetin 178 manata satılması istifadəçilərin narazılığı ilə qarşılanıb. Daha əvvəl də bəzi şirniyyat və konfet məhsullarının digər ölkələrlə müqayisədə Azərbaycanda xeyli baha satıldığı ilə bağlı müzakirələr aparılmışdı.
Bəs qiymət fərqinin səbəbi nədir? Necə olur ki, başqa ölkələrdə 15-20 manata satılan konfetlər Azərbaycanda 150-200 manata təklif edilir? Bu qiymətlərə təsir edən əsas amillər hansılardır?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova xaricdən gətirilən məhsulların qiymətinə idxal və logistika xərcləri, o cümlədən də, distribütor marjası əlavə olunduğunu bildirib:
“Xüsusilə, kiçik həcmlərdə gətirilən məhsullarda bir vahidə düşən logistika xərci daha yüksək olur. Bu səbəbdən, Azərbaycana çatanda maya dəyəri bir neçə dəfə artır. Ancaq düşünürəm ki, burda əsas səbəb maya dəyərinin artması deyil, satıcının “trend məhsul” effekti yaratmaq istəyidir. Bəzi satıcılar məhsulu premium kimi təqdim edib qiyməti süni şəkildə yüksəldərək sosial şəbəkələrdə paylaşırlar. Son zamanlarda “TikTok” və “Instagram” kimi sosial şəbəkələrdə viral məhsullara tez-tez rast gəlmək olur”.
V.Əhmədova bildirib ki, bahalı və absurd görünən qiymətlər təbii olaraq insanlarda emosional reaksiyalara səbəb olur:
“Məhsul sosial şəbəkələrdə bir müddət müzakirə olunur, tənqid edilir, videolar çəkilir. Bu da məhsula pulsuz reklam qazandırır. Beləcə, market reklam büdcəsi xərcləmədən gündəmə düşür. Süni qiymət artırıb məhsulu viral etməyin əsas məqsədi diqqət və status effekti yaratmaqdır. Bir növ, marketinq strategiyasıdır. İnsanlar bahalı məhsulu avtomatik olaraq “xüsusi” hesab edirlər”.
İqtisadçının sözlərinə görə, psixologiyada belə bir anlayış var ki, qiymət yüksəldikcə insanlar məhsulun keyfiyyətinin və prestijinin də yüksək olduğunu düşünür:
“Halbuki məhsulun real maya dəyəri çox aşağı ola bilər. Real dəyərindən qat-qat baha təqdim edilən bu məhsullara tələb yaranarsa və məhsul satılarsa qiymət aşağı salınmır. Əgər tələb yaranmazsa strategiya adətən uğursuz hesab olunur və qiymətlər sürətlə aşağı düşürülür. Xüsusilə, qida məhsullarında saxlama müddəti məhduddur. Bu səbəbdən, deyərdim ki, tələsməyin, gözləyin, bir müddət sonra baş çəksəniz həmin məhsulun yarı qiymətinə satıldığının, ya da rəfdən götürüldüyünün şahidi olacaqsınız. Ümumiyyətlə alıcılara bildirmək istərdim ki, viral və həddindən artıq bahalı məhsullara çox da etibar etməsinlər”.
18:42 / 11 Noyabr 2026
16
18:39 / 11 Noyabr 2026
64
18:35 / 11 Noyabr 2026
65
18:30 / 11 Noyabr 2026
100
18:29 / 11 Noyabr 2026
96
18:23 / 11 Noyabr 2026
87
18:17 / 11 Noyabr 2026
133
18:13 / 11 Noyabr 2026
100
18:06 / 11 Noyabr 2026
465
18:01 / 11 Noyabr 2026
89
17:42 / 11 Noyabr 2026
220
17:40 / 11 Noyabr 2026
155
17:35 / 11 Noyabr 2026
254
17:16 / 11 Noyabr 2026
96
17:13 / 11 Noyabr 2026
192
17:12 / 11 Noyabr 2026
99
16:35 / 11 Noyabr 2026
113
16:07 / 11 Noyabr 2026
164
16:04 / 11 Noyabr 2026
368
16:01 / 11 Noyabr 2026
126
16:00 / 11 Noyabr 2026
106
15:50 / 11 Noyabr 2026
121
15:50 / 11 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.