Neftin qiyməti dəyişdi
13 Noyabr 2026, 10:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
19646
11.03.2026, 23:56
Ötən günlərdə Azərbaycanda daha bir bankın fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyi ilə bağlı xəbər vermişdik. Bununla da ölkədə yalnız 21 bank fəaliyyət göstərəcək.
Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı şikayət cədvəlində də birinci yerdə “BTB” Bank, ikincilikdə Express Bank, üçüncüdə AFB Bank, növbəti yerdə isə Azər-Türk Bank dayanır.
Bəs görəsən, Azərbaycanda bankların bağlanmasına səbəb nədir? Bundan sonra daha neçə bank bağlana bilər? BOKT-ların faiz göstəriciləri niyə banklara nisbətdə çox daha yüksəkdir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, daha iki bank fəaliyyətini dayandıracaq:
“Azərbaycanda bank sistemi növbəti inkişaf dövrünə qədəm qoyub. Bir çox analtiklər, o cümlədən beynəlxalq reyinq təşkilatları Mərkəzi Bankın bank sektorunu tənzimlənməsindəki rolunu yüksək qiymətləndirir. Son dövrlər görülən işlər də tənzimləmə siyasətinin uğurlarından xəbər verir.
Sıradan çıxan, bağlanan banklar heç də güclü olmayıblar, onlar zərərlə işləyən, problemli portfeli ağırlıq təşkil edən banklar olub. Fikrimcə, belə bankların bağlanması, formasını dəyişməsi zəruri idi. Bankların Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrilməsi onların bugünə qədərki göstərdikləri fəaliyyətin davam etməsi və funksiyalarının başqa formada yerinə yetirilməsidir.
Yaxın zamanlarda daha iki bankın bağlanacağını söyləmək olar. Bunu müəyyənləşdirmək üçün banklar sistemini nəzərdən keçirmək kifayətdir. Çünki indiyə qədər bağlanan bankların tarixçəsində borc və maliyyə problemləri qabarıq olub.
BOKT-lar bir çox hallarda bankların müştəriləridir. Onlar banklardan aldıqları kapitalın üzərində müəyyən faiz qoymaqla əhaliyə satış edirlər. BOKT-ların əsas xüsusiyyəti odur ki, onlardan kredit götürmək hüquqi baxımdan daha tez başa gəlir. Buna görə də vətəndaşlar bir çox hallarda yüksək faizə önəm vermədən, prosesin tezliyi üçün BOKT-lara müraciət edir.
Kommersiya bankları likvidliyin qorunması üçün öz kredit siyasətlərində müəyyən mürəkkəbləşmə prosesi aparırlar. Buna görə də yüksək faizli BOKT-lar daha çox müştəri bazarına malikdirlər.
Həm banklar, həm də BOKT-lar kənardan, beynəlxalq donor təşkilatlarından satış üçün kapital əldə etsinlər. Bu həm ucuz başa gəlir, həm də faizlər ümumi məbləğə böyük təsir göstərmir. Daxili bazardan pul əldə etdikdə isə yüksək faizlər kreditin satışının əlçatanlığının aşağı olmasına səbəb olur”.
12:32 / 13 Noyabr 2026
1
12:20 / 13 Noyabr 2026
37
12:17 / 13 Noyabr 2026
40
12:08 / 13 Noyabr 2026
196
11:55 / 13 Noyabr 2026
67
11:45 / 13 Noyabr 2026
121
11:40 / 13 Noyabr 2026
74
11:21 / 13 Noyabr 2026
229
11:15 / 13 Noyabr 2026
84
11:12 / 13 Noyabr 2026
137
11:00 / 13 Noyabr 2026
89
10:50 / 13 Noyabr 2026
85
10:45 / 13 Noyabr 2026
118
10:39 / 13 Noyabr 2026
99
10:25 / 13 Noyabr 2026
103
10:22 / 13 Noyabr 2026
178
10:20 / 13 Noyabr 2026
89
10:08 / 13 Noyabr 2026
397
10:02 / 13 Noyabr 2026
91
09:51 / 13 Noyabr 2026
180
09:46 / 13 Noyabr 2026
1234
09:44 / 13 Noyabr 2026
153
09:38 / 13 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.