Qaynar xətt:

(+99450) 247 90 86

Yeni avtomobillərin qiyməti bahalaşır 

Yeni avtomobillərin qiyməti bahalaşır 

İQTİSADİYYAT

72

19.02.2026, 19:08

Yeni avtomobillərin qiymətində artımlar müşahidə olunur. Bazarda tendensiya dəyişir. İlbəil bazar daha çox yenilənməyə doğru gedir.

Oxu24.com  xəbər verir ki, bunu "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O bildirib ki, utilizasiya ilə bağlı tələblər, eyni zamanda vətəndaşların iqtisadi imkanlarının ilbəil qismən yaxşılaşması və s. məsələrə görə, həmçinin avtomobil kreditləri ilə bağlı faizlərin kifayət qədər optimallaşması, azaldılması, cəlbedici şərtlərin təklif olunması tədricən avtomobil bazarının yenilənməsinə şərait yaradır.

"Əvəllər 90-cı illərin avtonəqliyyat vasitələrini ölkəyə idxal etmək mümkün idisə, indi artıq mümkün deyil. Qəbul olunan avro standartlar, mövcud qanunvericiliyin tələbləri və s. amillər get-getə bunun qarşısını alır. Qeyd etdiyim məsələlər də bazarın tədricən yenilənməsinə, yeni avtomobillərə marağın artmasına gətirib çıxarır".