Ulduz falı: 14 noyabr, 2026-cı il
13 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
934
19.02.2026, 21:16
Oruc tuta bilməyənlər nə etməlidir?
Ramazan ayında oruc tuta bilməyən şəxslərin hüquqları və dini öhdəlikləri cəmiyyətdə tez-tez müzakirə olunur. Sağlamlıq, yaş və ya digər səbəblərlə oruc tutmayan müsəlmanlar üçün İslam dini alternativ ibadət və öhdəliklər nəzərdə tutur. Fidyə vermək və ya qəza orucu tutmaq kimi qaydalar bu çərçivədə tətbiq olunur.
Oxu24.com xəbər verir ki İlahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, İslam hüququnda oruc ibadəti güc və imkan prinsipi ilə bağlıdır:
“Allah insanın taqətini aşan yük qoymadığını açıq şəkildə bildirir. Qurani Kərimdə buyurulur ki, kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayınca başqa vaxt oruc tuta bilər. Digər ayələr isə Allahın sizin üçün asanlıq istədiyini, çətinlik istəmədiyini bildirir. Bu ayələr göstərir ki, oruc ibadətində əsas prinsip məcburiyyət deyil, məsuliyyət və imkanın birlikdə dəyərləndirilməsidir. Bəqərə surəsinin 184 və 185-ci ayələri bu məsələnin fiqhi əsaslarını təşkil edir".
Əkrəm Həsənov qeyd edib ki, oruc tuta bilməyənlər ümumi olaraq üç qrupa bölünür:
"Birincisi, müvəqqəti səbəblə oruc tuta bilməyənlər: xəstəlik, müalicə, səfər və müvəqqəti zəiflik. Sonradan sağlamlıq bərpa olunduqda qəza orucu tutulur. Peyğəmbərimiz Məhəmməd (s.ə.s) xəstəlik halında asanlığın qəbul edilməsini Allahın verdiyi icazə kimi dəyərləndirmişdir.
İkincisi, daimi şəkildə oruc tuta bilməyənlər: yaşlılar, xroniki xəstələr və sağalma ümidi olmayan şəxslər. Klassik alimlər, o cümlədən İmam Nəvəvi və İbn Qudamə belə hallarda fidyə verilməsini hökm kimi qeyd etmişlər.
Üçüncüsü, xüsusi hallar yaşayanlar: hamilə və ya süd verən qadınlar. Əgər oruc ana və ya uşağa zərər verə bilərsə, alimlərin çoxu orucun təxirə salınmasını doğru hesab etmişdir, sonradan imkan olduqda qəza tutulur.
Hədislərdə bu mövzuya balanslı yanaşma var. Peyğəmbərimiz (ona və ailəsinə salam olsun) buyurur ki, Allah Öz verdiyi asanlığın qəbul edilməsini də sevir. Din insanı sınağa salmaq üçün deyil, onu mənəvi tərbiyə etmək üçün vardır. Oruc tuta bilməyən insan ibadətdən tam uzaq qalmış sayılmır. Alternativ mənəvi yollar – sədəqə vermək, ehtiyac sahiblərinə yardım, Qurani Kərim oxumaq, dua və zikr, ailə və cəmiyyətə faydalı davranışlar – Ramazan ruhunu yaşadan ibadətlərdir.”
İlahiyyatçı vurğulayıb ki, müasir tibb də göstərir ki, bəzi xəstəliklərdə uzun müddətli ac qalmaq ciddi fəsadlar yarada bilər. Buna görə dini hökm və tibbi rəy bir-birini tamamlayır.
“Əsas olan budur ki, İslamda oruc ibadəti məcburiyyət deyil, imkan daxilində yerinə yetirilən bir ibadətdir. Müvəqqəti maneə varsa qəza, daimi maneə varsa fidyə tətbiq olunur. Məqsəd insanın Allaha yaxınlığını qorumaqdır, özünə zərər verməsi deyil. Din asanlıq dinidir və ibadətin ruhu məhz mərhəmət prinsipində gizlidir”, – o qeyd edib.
Qeyd edək ki, Ramazanda dini öhdəliklər yalnız fiziki əməl deyil, eyni zamanda mənəvi məsuliyyət və insanın sağlamlığı ilə harmoniyadadır.
23:40 / 13 Noyabr 2026
1
23:28 / 13 Noyabr 2026
43
23:22 / 13 Noyabr 2026
55
23:17 / 13 Noyabr 2026
62
23:09 / 13 Noyabr 2026
70
23:05 / 13 Noyabr 2026
66
23:02 / 13 Noyabr 2026
70
22:53 / 13 Noyabr 2026
79
22:49 / 13 Noyabr 2026
78
22:41 / 13 Noyabr 2026
79
22:36 / 13 Noyabr 2026
92
22:18 / 13 Noyabr 2026
87
22:13 / 13 Noyabr 2026
86
22:03 / 13 Noyabr 2026
467
21:43 / 13 Noyabr 2026
846
21:36 / 13 Noyabr 2026
98
21:29 / 13 Noyabr 2026
125
21:24 / 13 Noyabr 2026
160
21:03 / 13 Noyabr 2026
107
20:58 / 13 Noyabr 2026
120
20:50 / 13 Noyabr 2026
1156
20:41 / 13 Noyabr 2026
148
20:37 / 13 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.