Ulduz falı: 14 noyabr, 2026-cı il
13 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2548
19.02.2026, 21:38
Xəbər verdiyimiz kimi, Azərbaycanda 600+ bal toplayan şəxslər "intellektual bölmələrdə" xidmət edəcək.
Ali təhsilli çağırışçılar üçün hərbi xidmət qaydaları yeniləndi. Artıq yüksək akademik nəticə göstərən gənclər xidmətlərini fərqli statusda yerinə yetirə biləcəklər.
Bəs,bu necə həyata keçiriləcək?
Məsələ ilə bağlı Oxu24.com Müdafiə Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlikdən suallarımıza cavab olaraq bildirilib ki,bu məqsədlə Milli Müdafiə Universitetinin tabeliyində İntellektual qabiliyyətli bölmələr yaradılıb.
“Müdafiə Nazirliyinin strukturunda informasiya texnologiyaları və kibertəhlükəsizlik, radioelektron mübarizə və kəşfiyyat, tibb, maliyyə, hüquq, təhsil və digər sahələrdə müasir texnologiyalardan istifadəni və yeni yanaşmaların tətbiqini təmin etmək üçün yüksək intellektual insan kapitalının formalaşdırılması məqsədilə müvafiq addımlar atılıb.
Bu məqsədlə, təhsildə yüksək göstəricilərə malik ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının potensialından səmərəli istifadə olunması üçün Milli Müdafiə Universitetinin tabeliyində İntellektual qabiliyyətli bölmələr yaradılıb.
Bu bölmələrdə bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarından 600 və yuxarı bal toplayan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər xidmət edirlər.
Eyni zamanda, bu qayda cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education World University Rankings”, “Academic Ranking of World Universities”) 500-cü yerdən aşağı olmayan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunlarına da aiddir.
2024-cü ildən etibarən İntellektual qabiliyyətli bölmələrdə xidmət edən əsgərlər Müdafiə Nazirliyinin sturukturunda olan idarə və müəssisələrdə öz ixtisaslarına uyğun işlərə cəlb edilirlər”,-deyə açıqlamada qeyd olunur.
Çimnaz Telmanqızı
23:40 / 13 Noyabr 2026
1
23:28 / 13 Noyabr 2026
43
23:22 / 13 Noyabr 2026
55
23:17 / 13 Noyabr 2026
62
23:09 / 13 Noyabr 2026
70
23:05 / 13 Noyabr 2026
66
23:02 / 13 Noyabr 2026
70
22:53 / 13 Noyabr 2026
79
22:49 / 13 Noyabr 2026
78
22:41 / 13 Noyabr 2026
79
22:36 / 13 Noyabr 2026
92
22:18 / 13 Noyabr 2026
87
22:13 / 13 Noyabr 2026
86
22:03 / 13 Noyabr 2026
467
21:43 / 13 Noyabr 2026
846
21:36 / 13 Noyabr 2026
98
21:29 / 13 Noyabr 2026
125
21:24 / 13 Noyabr 2026
160
21:03 / 13 Noyabr 2026
107
20:58 / 13 Noyabr 2026
120
20:50 / 13 Noyabr 2026
1156
20:41 / 13 Noyabr 2026
148
20:37 / 13 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.