Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1536
19.02.2026, 22:34
2015-ci ildən II qrup hərbi əlil olan vətəndaşın əlilliyinin sonradan ləğv edilməsi, daha sonra isə yenidən 5 illik müddətə bərpa olunması praktiki olaraq bir çox şəxslərdə eyni sualı yaradır: uzun illər keçdikdən sonra əlillik niyə müddətsiz təyin edilmir?
Oxu24.com xəbər verir ki,mövcud qanunvericiliyə əsasən, əlilliyin müddətsiz təyin olunması konkret şərtlərlə bağlıdır və bu, əlillik dərəcəsindən və ardıcıl müddətdən asılıdır. Sadə dildə izah etsək, əvvəlki təsnifata uyğun olaraq:
I dərəcə əlilliyi olan şəxs 4 il ardıcıl əlillik alarsa, növbəti qiymətləndirmədə əlillik müddətsiz təyin oluna bilər.
II dərəcə əlilliyi olan şəxs 10 il ardıcıl əlillik alarsa, növbəti təyinatda müddətsiz əlillik hüququ yaranır.
III dərəcə əlilliyi olan şəxslərdə isə bu müddət 15 ildir.
Burada əsas məqam “ardıcıl”lıqdır. Əgər əlillik müddəti kəsilibsə və sonradan yenidən təyin olunubsa, bu zaman əvvəlki illər ardıcıl hesab edilməyə bilər. Bəzi hallarda ümumi müddət nəzərə alınsa da, fasilə hüquqi qiymətləndirməyə təsir göstərə bilir.
Bu səbəbdən, 11 il keçməsinə baxmayaraq, əgər əlillik statusunda fasilə olubsa, komissiya növbəti qiymətləndirməni yenidən müddətli təyin edə bilər.
Belə hallarda vətəndaşa tövsiyə olunur ki, komissiyanın qərarı ilə razılaşmadıqda inzibati qaydada və ya məhkəmə yolu ilə həmin qərardan şikayət versin. Çünki müddətsiz əlillik məsələsi hər bir halda tibbi sənədlər və qanuni əsaslar üzrə fərdi qaydada qiymətləndirilir.
Hazırladı: Turan
23:28 / 13 Noyabr 2026
19
23:22 / 13 Noyabr 2026
42
23:17 / 13 Noyabr 2026
55
23:09 / 13 Noyabr 2026
62
23:05 / 13 Noyabr 2026
59
23:02 / 13 Noyabr 2026
65
22:53 / 13 Noyabr 2026
75
22:49 / 13 Noyabr 2026
72
22:41 / 13 Noyabr 2026
72
22:36 / 13 Noyabr 2026
84
22:18 / 13 Noyabr 2026
80
22:13 / 13 Noyabr 2026
83
22:03 / 13 Noyabr 2026
431
21:43 / 13 Noyabr 2026
821
21:36 / 13 Noyabr 2026
95
21:29 / 13 Noyabr 2026
122
21:24 / 13 Noyabr 2026
97
21:03 / 13 Noyabr 2026
106
20:58 / 13 Noyabr 2026
118
20:50 / 13 Noyabr 2026
1139
20:41 / 13 Noyabr 2026
143
20:37 / 13 Noyabr 2026
116
20:35 / 13 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.