Azərbaycan elminə ağır itki
26 İyul 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
765
19.02.2026, 14:48
"Üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər mövcuddur".
Oxu24.com xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin yaydığı məlumatda öz əksini tapıb.
Bildirilib ki, bu maddələr elmi ədəbiyyatda "harmala alkaloidləri" və ya "beta-karbolin alkaloidləri" adlanır. Bu qrup alkaloidlər mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv birləşmələrdir: "Harmin və harmalin monoaminoksidaz inhibitorları (MAOİ) qrupuna aiddir. Bu maddələr beynin müəyyən funksiyalarına təsir edərək sinir impulslarının ötürülməsini dəyişdirir. Onlar orqanizmdə serotonin, dopamin və adrenalin kimi neyrotransmitterlərin parçalanmasını ləngidir, nəticədə bu maddələrin sinir sistemindəki konsentrasiyası artır.
Azərbaycan Respublikasında üzərlik bitkisinin yandırılması (tüstülənməsi) qədim ənənə kimi qəbul olunur və bu konkret formada istifadə ilə bağlı birbaşa qadağa mövcud deyil. Lakin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, tərkibində narkotik və ya psixotrop təsirli maddələr olan bitkilərin kultivasiyası, idxalı, satışı və istifadəsi məhdudlaşdırıla bilər.
Tərkibindəki psixoaktiv alkaloidlərə görə üzərlik bitkisi və onun ekstraktları bir çox ölkələrdə nəzarətə alınan maddələr siyahısına daxil edilib. Rusiya Federasiyası Hökumətinin 7 yanvar 2024-cü il tarixli, 135 nömrəli qərarı ilə üzərlik (qarmala) bitkisi rəsmən "narkotik vasitələr olan bitkilər" siyahısına salınıb. Bu o deməkdir ki, Rusiya ərazisində həmin bitkinin idxalı, daşınması, saxlanması və satışı qanunsuz hesab olunur və cinayət məsuliyyətinə səbəb olur.
Xarici ölkələrə səyahət edərkən üzərlik bitkisini, onun toxumlarını, hissəciklərini və ya törəmələrini üzərinizdə götürməyin. Bəzi ölkələrdə bu bitkinin hətta kiçik miqdarda aşkarlanması ağır hüquqi nəticələrə səbəb ola bilər.
Səhiyyə Nazirliyi vətəndaşlarımızın sağlamlığının qorunması və onların hüquqi risklərdən qorunması məqsədilə maarifləndirmə işlərini davam etdirəcək.
Hər hansı bir bitkinin dərman məqsədli istifadəsindən əvvəl mütləq həkimə müraciət edilməsi tövsiyə olunur", - məlumatda qeyd olunub.
Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində üzərlik bitkisinin (xalq arasında "üzərlik", "qarmala" kimi tanınır) istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif məlumatlar yayılır.
23:26 / 26 İyul 2026
70
22:47 / 26 İyul 2026
70
22:27 / 26 İyul 2026
75
22:06 / 26 İyul 2026
81
20:35 / 26 İyul 2026
86
20:15 / 26 İyul 2026
100
19:42 / 26 İyul 2026
84
19:09 / 26 İyul 2026
88
19:09 / 26 İyul 2026
97
18:54 / 26 İyul 2026
128
18:53 / 26 İyul 2026
132
18:05 / 26 İyul 2026
115
13:40 / 26 İyul 2026
159
13:25 / 26 İyul 2026
148
12:55 / 26 İyul 2026
227
12:35 / 26 İyul 2026
175
12:30 / 26 İyul 2026
330
12:23 / 26 İyul 2026
1221
12:15 / 26 İyul 2026
155
12:00 / 26 İyul 2026
125
11:35 / 26 İyul 2026
842
11:30 / 26 İyul 2026
162
11:21 / 26 İyul 2026
221
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.