Neftin qiyməti dəyişdi
13 Noyabr 2026, 10:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
3194
17.02.2026, 14:52
Dünən pensiyalar artımla verildi. Bazar mexanizmi bu artımdan sonra ölkədə tələbat mallarının, xüsusən ərzaq və kommunal xidmətlərinin qiymətinə təsir edə bilərmi? Yəni, qiymət artımı mümkün sayılırmı?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Oxu24.com-un suallarına cavab verib.
O, açıqlamasında deyib ki, pensiyaların artması əhalinin sərəncamında olan gəliri yüksəldir və bu, xüsusilə gündəlik tələbat mallarına tələbi artırır:
” Əgər bazarda təklif eyni sürətlə artmırsa, əlavə pul kütləsi qiymətlərə təzyiq yarada bilər. Xüsusilə ərzaq və kommunal xidmətlər kimi elastikliyi aşağı olan sahələrdə qiymət artımı ehtimalı daha yüksək olur. Bazar iqtisadiyyatında normal şəraitdə güclü və azad rəqabət qiymət artımını məhdudlaşdırır. Sahibkar qiyməti artırdıqda alıcını rəqibə uduzmaq riski ilə üzləşir. Lakin rəqabət zəifdirsə, bazar bir neçə iri oyunçunun nəzarətindədirsə və ya idxaldan asılılıq yüksəkdirsə, gəlir artımı daha tez qiymətlərə ötürülə bilər”.
İqtisadçı onu da vurğulayıb ki, bu zaman psixoloji amil də rol oynayır:”Bazara əlavə vəsait daxil olduqda satıcılar tələbin artacağını gözləyərək qabaqlayıcı şəkildə qiymət qaldıra bilirlər. Kommunal xidmətlərdə isə qiymətlər daha çox dövlət tənzimlənməsi ilə müəyyən edilir. Əgər tariflər inzibati qaydada artırılmırsa, pensiya artımı avtomatik olaraq kommunal qiymətləri dəyişdirmir. Amma ümumi inflyasiya mühiti güclənərsə, xərclərin artması dolayı təsir göstərə bilər. Yəni nəzəri baxımdan pensiya artımından sonra qiymət artımı mümkündür, xüsusilə rəqabətin zəif olduğu və təklifin məhdud qaldığı bazarlarda. Lakin bunun miqyası bazarın strukturundan, idxal səviyyəsindən, dövlət nəzarətindən və ümumi makroiqtisadi siyasətdən asılı olur”-deyə Akif Nəsirli bildirib.
Əntiqə Rəşid
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.