Neftin qiyməti ucuzlaşdı
08 Aprel 2025, 10:00
Qaynar xətt:
(+99450) 247 90 86Azərbaycana milyardlar gələcək
İQTİSADİYYAT
325
27.02.2025, 20:51
Dünya Bankı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) xəttilə növbəti beş il ərzində Azərbaycana 1 milyard ABŞ dollarından 1,5 milyard dollaradək vəsait ayırmaq niyyətindədir.
Bu barədə Dünya Bankından məlumat verilib. Maliyyələşdirmənin həcmi kreditləşmənin hansı templə aparılmasından asılı olacaq.
IBRD-nin 2025-2026-cı maliyyə illəri üçün ilkin planına Azərbaycan hökumətinin müraciəti əsasında 4-5 yeni layihə daxil edilib. Orta illik maliyyələşdirmə 250-400 milyon ABŞ dolları təşkil edəcək. O cümlədən aşağıdakı layihələrə vəsaitin ayrılması nəzərdə tutulur: məşğulluğun dəstəklənməsi layihəsinə əlavə maliyyə - 150 milyon ABŞ dolları, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi (regional proqram çərçivəsində) - 225 milyon ABŞ dolları, rəqabətqabiliyyətli və dayanıqlı kənd təsərrüfatının, o cümlədən irriqasiyanın inkişafı layihəsi - 400 milyon ABŞ dolları, Bakının inkişafı layihəsi – 100-300 milyon ABŞ dolları.
Bu vəsaitin təxminən yarısının 2025-ci ilin iyun ayının sonunadək, qalan hissəsinin isə növbəti maliyyə ilində ayrılacağı gözlənilir.
“Gələcəkdə Dünya Bankı Qrupu uzunmüddətli strategiya çərçivəsində əlavə əməkdaşlıq tədbirlərinin müəyyən edilməsi üçün Azərbaycan hökuməti ilə işləməyi planlaşdırır. İlkin dövrdə əsas diqqət aşağı karbonlu iqtisadiyyata keçid, nəqliyyat əlaqələrinin inkişafı, su resurslarının idarə edilməsi, maliyyə sektorunda islahatlar və rəqəmsal transformasiyaya istiqamətlənmiş analitik dəstəyə yönəldiləcək. Bu, proqramının həyata keçirilməsinin ikinci yarısında yeni investisiya layihələri üçün əsas ola bilər”, - bankdan qeyd edilib.
Həmçinin oxuyun
2024-cü il dekabrın əvvəlində Azərbaycanda IBRD-nin ümumi istifadə olunmamış vəsaiti 176,1 milyon ABŞ dolları olmaqla iki kredit proqramı (məşğulluq və nəqliyyat sahələrində) qüvvədə idi.
Xatırladaq ki, Azərbaycan Dünya Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir. Bu müddət ərzində Dünya Bankı ölkəyə 52 layihənin həyata keçirilməsi üçün 4 milyard ABŞ dollarından çox vəsait ayırıb.
Azərbaycan IBRD səhmlərinin 0,13 %-nə sahibdir ki, bu da 2 371 səhm təşkil edir. Onların abunəliyi üçün ölkə hökuməti 286 milyon ABŞ dolları ödəyib. Yaxın vaxtlarda 60,915 milyon ABŞ dolları dəyərində olan daha 505 səhmin alınması planlaşdırılır.
11:09 / 08 Aprel 2025
Mask Trampdan rüsumlara yenidən baxmağı xahiş edib
1
11:03 / 08 Aprel 2025
Neftçilər parkında öldürülən qadın kimdir? — ŞOK TƏFƏRRÜAT
8
10:51 / 08 Aprel 2025
Azərbaycanda zəlzələ oldu
8
10:25 / 08 Aprel 2025
Azərbaycanda tələbə qəfil öldü - FOTO
22
10:19 / 08 Aprel 2025
Pensiya alanlara şad xəbər
346
10:11 / 08 Aprel 2025
21 yaşlı qız itkin düşüb
24
10:00 / 08 Aprel 2025
Neftin qiyməti ucuzlaşdı
23
09:44 / 08 Aprel 2025
ÜST rəhbəri: Yeni pandemiya baş verəcək
30
09:43 / 08 Aprel 2025
Yasda ev uçdu: Yaralılar var
30
09:35 / 08 Aprel 2025
İsrail və Türkiyə razılığa gələcək - Tramp
35
09:24 / 08 Aprel 2025
Ölkədən çıxışına “Stop” qoyulanlara SMS göndəriləcək
30
09:10 / 08 Aprel 2025
Ağdaban faciəsindən 33 il ötür
35
08:55 / 08 Aprel 2025
Həkim-endokrinoloqu baş nazir təyin etdilər
35
23:26 / 07 Aprel 2025
Astarada kişi arvadını döydü
122
21:50 / 07 Aprel 2025
Şaxtada qazdan zəhərlənmə olub - Ölənlər var
120
21:30 / 07 Aprel 2025
Tramp Çinə sabahadək vaxt qoydu
136
21:11 / 07 Aprel 2025
"Kişi çılpaq vəziyyətdə idi" - Valideynlərdən şok açıqlama +VİDEO
1560
21:09 / 07 Aprel 2025
Bakıda evdən qadın meyiti tapıldı
162
20:56 / 07 Aprel 2025
Mask uşaqları ilə 2 otaqlı evdə yaşayır? - FOTO
140
20:55 / 07 Aprel 2025
Gürcüstan Ukraynada davam edən hərbi əməliyyatların günahkarını açıqlayıb
135
20:40 / 07 Aprel 2025
"Uşaqlar, düşməni heç bir səs-küy salmadan, yalnız bıçaqla aradan götürməlisiniz" — "Aprel Döyüşləri"ndən xatirələr
322
20:30 / 07 Aprel 2025
Avropa Birliyi Trampa cavab hazırlayıb
130
20:12 / 07 Aprel 2025
Prezident Qanunu imzaladı
1061
20:08 / 07 Aprel 2025
Rusiya helikopterlərini artırır
132
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.