Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
05 Oktyabr 2026, 11:50
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
880
11.12.2025, 16:01
Bəzi banklar müştərinin kartından, işsiz qalması halında kredit öhdəliyini qarşılamaq məqsədilə əlavə sığorta ödənişləri və s. xidmət haqları tutur. Bu ödənişlər bir çox müştəri tərəfindən narazılıqla qarşılanır, çünki ödənişlərin məcburi olub-olmaması, tutma qaydaları və geri qaytarılma imkanları barədə kifayət qədər məlumat olmur.
Bank eksperti İsmayıl Məmmədov Qaynarinfo-ya bildirib ki, bankların əsas missiyası şəffaflıq, etibar və təhlükəsiz xidmətdir, ona görə də əlavə sığorta məhsullarının heç biri məcburi ola bilməz: “Bu xidmətlər yalnız müştərinin könüllü razılığı ilə təqdim olunur. İstənilən vaxt da imtina mümkündür. Əgər bank "məcburidir" deyirsə, bu, həm qanunsuz, həm də etik olmayan yanaşmadır. Çünki bankın birbaşa vəzifəsi kart əməliyyatlarının təhlükəsizliyini təmin etmək, 3D Secure, SMS təsdiqləmə və monitorinq sistemlərini ödənişsiz təqdim etmək, riskləri idarə etməkdir. “Dələduzluq sığortası” bankın öz təhlükəsizlik öhdəliyini müştəriyə satması demək deyil".
Qeyd edək ki, Mülki Məcəllənin 422 və 423-cü maddələri, həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 10-cu maddəsi tələb edir ki, bütün müqavilə şərtləri müştəriyə əvvəlcədən, açıq şəkildə təqdim olunsun. “İşsizlik sığortası”, “dələduzluq sığortası” və digər əlavə xidmətlər yalnız müştərinin yazılı və ya elektron təsdiqi ilə aktivləşdirilə bilər. Razılıq yoxdursa, tutulmuş məbləğ hüquqi qüvvə daşımır və bu, istehlakçı hüquqlarının pozulmasıdır.
Roman Qaraşov: “İstehlakçılar bəzən virtual məkanda da aldadılır”
Vəkil Roman Qaraşov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Azərbaycan qanunvericiliyinə əsasən, bankların müştərinin kartından “işsizlik sığortası”, “dələduzluq sığortası” və digər əlavə xidmətlərin göstərilməsi adı ilə ödəniş tutması yalnız müştərinin açıq və aydın razılığı olduqda mümkündür: “Müştəriyə əvvəlcədən məlumat verilmədən aktivləşdirilən xidmətlərin hüquqi qüvvəsi yoxdur və bu, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Bankın təhlükəsizlik sistemlərini - 3D Secure, SMS təsdiqləmə, monitorinq və digər riskə nəzarət mexanizmlərini ödənişsiz təqdim etməsi bankın funksional öhdəliyidir və beynəlxalq təcrübədə də bu yanaşma qəbul olunub. Məsələn, Avropa İttifaqının İstehlak Kreditləri Direktivinə görə istehlakçıya kreditlə bağlı əlavə sığorta və ya xidmətin məcburi şəkildə satılması qadağandır; ABŞ-də CFPB isə belə halları "aldadıcı və ədalətsiz praktika" kimi qiymətləndirir. Bu baxımdan, əlavə sığorta xidmətləri yalnız könüllü əsasda qəbul edilə bilər və bankın onları “məcburi” kimi təqdim etməsi hüquqi və etik prinsiplərlə ziddiyyət təşkil edir.
Belə hallarla üzləşən müştəri ilk növbədə bankdan yazılı izahat və tutulmuş vəsaitin geri qaytarılmasını tələb etməlidir. Əgər bank məsələnin həllində maraqlı olmazsa, istehlakçı Azərbaycan Mərkəzi Bankına şikayət etmək hüququna malikdir. Bu mərhələdə də nəticə əldə olunmazsa, məsələ məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə Mülki Məcəllənin 422-423-cü maddələrinə əsaslanaraq, razılıq olmadan tutulmuş ödənişlərin geri qaytarılmasına və müqavilə şərtlərinin istehlakçı mənafeyinə uyğun şəkildə dəyişdirilməsinə qərar verə bilər. Bu mexanizmlər həm milli qanunvericilikdə, həm də beynəlxalq istehlakçı müdafiəsi standartlarında olduğu kimi, müştərinin hüquqlarını qorumağa və bankların daha şəffaf, ədalətli fəaliyyətini təmin etməyə xidmət edir".
23:49 / 05 Oktyabr 2026
81
23:42 / 05 Oktyabr 2026
38
23:42 / 05 Oktyabr 2026
79
23:32 / 05 Oktyabr 2026
77
23:22 / 05 Oktyabr 2026
75
22:49 / 05 Oktyabr 2026
74
22:33 / 05 Oktyabr 2026
105
22:23 / 05 Oktyabr 2026
96
22:09 / 05 Oktyabr 2026
105
22:02 / 05 Oktyabr 2026
116
21:57 / 05 Oktyabr 2026
87
21:53 / 05 Oktyabr 2026
269
21:50 / 05 Oktyabr 2026
3879
21:45 / 05 Oktyabr 2026
2368
21:40 / 05 Oktyabr 2026
77
21:37 / 05 Oktyabr 2026
70
21:26 / 05 Oktyabr 2026
72
21:18 / 05 Oktyabr 2026
78
21:11 / 05 Oktyabr 2026
71
21:05 / 05 Oktyabr 2026
97
20:59 / 05 Oktyabr 2026
112
20:53 / 05 Oktyabr 2026
97
20:50 / 05 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.