Bu günün valyuta məzənnələri
21 Aprel 2025, 09:33
Qaynar xətt:
(+99450) 247 90 86İQTİSADİYYAT
814
25.01.2025, 20:34
2024-cü ilin 11 ayında (yanvar-noyabr) Azərbaycandakı bankların faiz və onunla bağlı xərcləri bir milyard manatı keçib. Mərkəzi Bankdan bildirilib ki, 2024-cü ilin 11 ayında bankların cəmi faiz xərcləri bir milyard 91,2 milyon manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 813,4 milyon manat təşkil edib. Depozitlər üzrə faiz xərclərinin 703,4 milyon manatını müddətli əmanətlər üzrə ödənilmiş faiz məbləğləri təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 11 ayında Azərbaycandakı bankların cəmi faiz xərcləri 755,7 milyon manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 536,5 milyon manat, həmçinin müddətli depozitlər üzrə faiz xərcləri isə 450,4 milyon manat təşkil etmişdi. Qeyd edək ki, son aylar banklar depozitlər üzrə faizləri yüksəldiblər. Bəs banklar bu faizləri uzun müddət ödəmək imkanlarına malikdirlərmi?
İnflyasiya və oğurluqdan qorumaq üsulu
Bank məsələləri üzrə ekspert Emin Kərimovun sözlərinə görə, depozit faizlərinin artırılması vətəndaşları əmanət yerləşdirməyə təşviq edir: “Depozitlər bankların əsas vəsait mənbəyidir. Depozitlərin artması banka əlavə pul vəsaitinin daxil olmasına şərait yaradır. Depozitlərin artması bankın qısa və orta perspektivdə vəsaitlə təmin olunmasına zəmanət verir. Bank vətəndaşdan depoziti müəyyən faizlə qəbul edir. Bu vəsaitləri kreditlərə, investisiyalara yatıraraq gəlir əldə olunur. Əmanətlərin Sığortalanması Fondu ilə milli valyutada 12 faiz, 3 faizə qədər isə xarici valyutada olan əmanətlər sığortalanır. Əmanətlər etibarlı şəkildə qorunduğu və səmərəli olduğu üçün insanlar pullarını banklara yerləşdirməyə üstünlük verir. Bununla da əmanətlərini həm inflyasiya, həm də oğurlanmaq kimi fiziki təhlükədən xilas etmiş olurlar. Depozit bəzi vətəndaşların əsas gəlir mənbəyidir. Faizlərin yüksəldilməsi onları daha çox vəsait qoymağa təşviq edir. Bu, vətəndaşların rifah halının yüksəlməsinə də xidmət edə bilər”.
Gələcəkdə daha da artırılması real deyil
E.Kərimov bildirdi ki, banklar hər ilin əvvəlində strateji planlarını, gəlir və xərclərini ciddi şəkildə təhlil edirlər: “Depoziti qəbul edərkən onun gələcəkdə ödənilməsini öncədən hesablayırlar. Depozitləri qəbul edərkən, kreditləri verərkən qısa və ya uzunmüddətli strategiyalarına əsasən faizləri müəyyənləşdirirlər. Qlobal səviyyədə baş verən iqtisadi və sosial proseslər təhlil edilir. Faizlərin bu şəkildə qalıb-qalmayacağını təxmin etmək çox çətindir. Çünki baş verəcək hadisələr çox şeyi dəyişə bilər. Banklar gəlir və xərclərinin planlarını nəzərə alaraq depozitlər üzrə faizlərin qaytarılması mənbələrini müəyyən edirlər. Depozit qəbulu bundan sonra artıq icra olunur”.
Ekspert gələcək dövr üçün əmanətlərin faizinin daha da artırılmayacağı qənaətindədir: “Depozit faizləri artırılsa da, 12 faizlik baryeri keçməsi mümkün deyil. Çünki sığortalanma məbləği nəzərə alınmalıdır. Əgər Əmanətlərin Sığortalanması Fondu faizləri artırmaq haqqında düşünərsə, banklar da depozit faizlərini daha çox artırarlar. Belə bir hal baş verərsə, kredit faizlərində də artım baş verəcək”.
Həmçinin oxuyun
Mərkəzi Bank öz məqsədinə nail olub
İqtisadçı Xalid Kərimlinin fikrincə, hazırda banklar depozit faizləri ilə bağlı heç bir problem yaşamır: “Əgər banklar depozit faizlərini artırıbsa, deməli, verdikləri kreditlərin də faizinə dəyişiklik ediblər. Bankların həm gəlirlərində, həm də xərclərində artım var. Problemli kreditlər olsa da, hazırda həm vətəndaşlarımız, həm də şirkətlər kreditlərini ödəmək qabiliyyətinə malikdirlər. Problem o zaman yaranardı ki, xərclər artır, amma gəlirlər artmır. Amma bu, hazırda düz mütənasibdir”.
X.Kərimli qeyd etdi ki, depozit faizlərinin artırılması Mərkəzi Bankın apardığı siyasətin nəticəsidir: “Mərkəzi Bank ötən ilin sonlarında həm likvidlik əmsalına dair tələblər irəli sürdü, həm də bankların məcburi ehtiyat normasını artırdı. Əvvəl bu göstərici 1-2 faiz idisə, hazırda 20 faiz üzərindədir. Mərkəzi Bankın bu addımındakı məqsəd bank bazarında rəqabəti artırmaq idi. Böyük banklar da faiz xərclərini artırmış oldu. Beləliklə, insanlar banklara yönəlməyə başladılar. Nəticələrdən də görünür ki, Mərkəzi Bank öz məqsədinə nail olub”.
“Təyin olunan faizi keçdikdə onlara xəbərdarlıq edilir”
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli bildirdi ki, depozitlər qısamüddətli olduğu üçün hər hansı risk mövcud deyil: “Bankların depozit faizləri uzunmüddətli olmur. Maksimum iki ilə qədərdir. Bu səbəbdən, elə də böyük risk yoxdur. Bankların depozit faizlərini kortəbii şəkildə artırması mümkün deyil. Çünki kreditlərə tələbat azalarsa, vətəndaşın qoyduğu əmanəti ödəmək lazım olduqda, problemlər yarana bilər. Tək risk bankdan kredit götürən vətəndaşlarla problem yaşaması ola bilər. Hansı ki, müəyyən iqtisadi vəziyyətlərdə vətəndaş borcunu geri ödəyə bilmir, beləliklə, bank da çətin vəziyyətə düşür”.
E.Qəriblinin sözlərinə görə, banklar depozit faizlərini Mərkəzi Bankın nəzarəti altında tənzimləyirlər. Nəzarətdən kənar addım olarsa, fəaliyyətlərini sonlandırmaq riskləri var: “Depozit xərcləri artanda banklar üçün kredit vermək bir az çətinləşir. Mərkəzi Bankın müəyyən etdiyi faizlər də var. Amma banklar görürlər ki, indiki halda kreditə tələbat çoxdur. Bu səbəbdən depozitlərlə bağlı narahat deyillər. Banklar Mərkəzi Bankın tabeliyində olduqları üçün nəzarətdədirlər. Təyin olunan faizi keçdikdə onlara xəbərdarlıq edilir. Əməl etmədikdə lisenziyaları əllərindən alınır”
12:36 / 21 Aprel 2025
Witkoff yenidən Putinin yanına gedir
1
12:26 / 21 Aprel 2025
Çin və ABŞ ticarət müharibəsinin yeni mərhələsinə qədəm qoyurlar
9
12:05 / 21 Aprel 2025
Evdən 4 nəfərin meyiti çıxdı
588
12:04 / 21 Aprel 2025
Roma Papası öldü
27
11:59 / 21 Aprel 2025
“Leysan zamanı tunellərə girişə məhdudiyyət qoyulsun” - Merdən təklif
79
11:54 / 21 Aprel 2025
MEDİA-nın səkkizinci könüllülük proqramı başlayıb
58
11:50 / 21 Aprel 2025
Mikayıl Cabbarovun müşaviri işdən ayrıldı
33
11:46 / 21 Aprel 2025
Leyla Əliyeva Vyetnama səfər edib - FOTO
31
11:44 / 21 Aprel 2025
Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı açıqlanıb
28
11:25 / 21 Aprel 2025
İlhamə Elşadqızından xəbər var:"İçəri" də qalacaq
550
11:09 / 21 Aprel 2025
Bakıda güclü yanğın başladı — Hadisə yerindən video
432
10:51 / 21 Aprel 2025
Yeni təyinatlar olub — ADLAR
314
10:35 / 21 Aprel 2025
DTX həmin şəxsi Azərbaycana gətirib
293
10:32 / 21 Aprel 2025
Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs edilib
41
09:56 / 21 Aprel 2025
Teymur Sadıqov Rusiya-Ukrayna müharibəsində həlak oldu
45
09:37 / 21 Aprel 2025
Güclü maqnit qasırğası yaxınlaşır - 3 gün davam edəcək
43
09:33 / 21 Aprel 2025
Bu günün valyuta məzənnələri
47
09:13 / 21 Aprel 2025
"TikTok-da bir dəqiqəyə 100 manat qazanıram"
49
09:00 / 21 Aprel 2025
Zəlzələ oldu
54
22:59 / 20 Aprel 2025
25-ci mərtəbədən yıxılan azyaşlı sağ qaldı - FOTOlar
104
20:45 / 20 Aprel 2025
SON DƏQİQƏ! Bakıda güclü yanğın olub — VİDEO
175
20:41 / 20 Aprel 2025
Pensiyaya 5 il tez çıxmaq üçün nə etmək lazımdır?
124
19:16 / 20 Aprel 2025
Həmin yanğında maşınlar da yanıb - Video
132
18:49 / 20 Aprel 2025
Zaqatalada körpə doğuş zamanı öldü
162
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.