Azərbaycan neftnin SON QİYMƏTİ
27 Avqust 2026, 09:47
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
708
13.01.2025, 10:40
"Baş nazir məqsədli proqramların həyata keçirilməsi və kvotadan əlavə iş yerlərinin yaradılması qaydalarını təsdiq edib. Bu qaydalar Azərbaycan Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Məşğulluq haqqında" qanuna edilən dəyişikliklərə əsasən hazırlanıb. Nazirlər Kabinetinin son qərarlarından sonra artıq bu sahədə bütün qaydalar qüvvəyə minib".
Oxu24.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə növbəti 3 aya yaxın müddətdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək.
"Yeni qaydalar iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əmək haqqı məbləğində, yəni, 400 manat vəsait almasına imkan verəcək. Gələcəkdə minimum əməkhaqqı artdıqca bu məbləğ də yüksələcək. Yeni məşğulluq aləti özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. Praktik olaraq ilkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar.
Yeni mexanizm eyni zamanda dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, işaxtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq. Xüsusən əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək. Kvotadan əlavə iş yerlərinin yaradılması və həmin iş yerlərində çalışanlanların maaşlarının dövlət tərəfindən ödənilməsi həm özəl sektor üçün işçiləri cəlb etmək baxımından, həm də işsizlərin daha qısa zamanda işlə təmin olunması baxımından yeni imkandır. Bütövlükdə, yeni mexanizm ölkəmizdə məşğulluğun daha yaxından təmin olunmasına və iş axtaranların qısa müddətdə işlə təmin olunması üçün yeni imkanlar yaratmaqla əhalinin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək".
10:13 / 27 Avqust 2026
1
09:58 / 27 Avqust 2026
31
09:47 / 27 Avqust 2026
36
09:31 / 27 Avqust 2026
39
09:10 / 27 Avqust 2026
51
09:06 / 27 Avqust 2026
55
09:02 / 27 Avqust 2026
56
09:00 / 27 Avqust 2026
57
08:58 / 27 Avqust 2026
53
23:46 / 26 Avqust 2026
117
23:16 / 26 Avqust 2026
128
22:53 / 26 Avqust 2026
117
22:53 / 26 Avqust 2026
125
22:26 / 26 Avqust 2026
118
21:53 / 26 Avqust 2026
122
21:07 / 26 Avqust 2026
123
20:47 / 26 Avqust 2026
137
20:21 / 26 Avqust 2026
145
20:00 / 26 Avqust 2026
90
19:29 / 26 Avqust 2026
77
19:16 / 26 Avqust 2026
97
18:58 / 26 Avqust 2026
101
18:47 / 26 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.