Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya boru kəməri ilə Avropaya ixrac olunan qazın həcmi məlum olub

Rusiya boru kəməri ilə Avropaya ixrac olunan qazın həcmi məlum olub

İQTİSADİYYAT

550

02.01.2025, 16:55

Ötən il Rusiya Avropaya boru kəməri qazı ixracını 2023-cü illə müqayisədə 14% artıraraq 32,1 milyard kubmetrə çatdırıb.

Oxu24.com xəbər verir ki,bu barədə TASS “Qazprom”un Ukrayna ərazisindən tranzitlə bağlı məlumatlarına və Qaz Ötürmə Sistemləri Operatorlarının Avropa Şəbəkəsinə (ENTSOG) istinadən məlumat yayıb.

2023-cü ildə boru kəməri ilə Rusiya qazının Avropaya tədarükü təxminən 28,15 milyard kubmetr təşkil edib.

Ümumilikdə, 2024-cü ilin dekabrında Avropa ölkələrinə vurulan Rusiya qazı 2,83 milyard kubmetr, noyabrda 2,75 milyard kubmetr, 2023-cü ilin dekabrında 2,6 milyard kubmetr təşkil edib.

Ukrayna 2024-cü il dekabrın 31-də hazırkı müqavilənin müddəti bitdikdən sonra Rusiya ilə qazın Avropaya tranziti ilə bağlı müqaviləni yeniləməkdən rəsmən imtina edib.

Nigar