Qaynar xətt:

(+99450) 247 90 86

Dollar yeni ildə ucuzlaşıb

Dollar yeni ildə ucuzlaşıb

İQTİSADİYYAT

259

01.01.2025, 11:26

Yeni il qabağı dollar kəskin ucuzlaşıb.

Oxu24.com URA.RU-ya istinadən  xəbər verir ki, Yanvarın 1-nə keçən gecə dolların dəyəri 103 rubl təşkil edib.

Ötən həftə Mərkəzi Bank 29 dekabr 2024-cü il tarixindən 09 yanvar 2025-ci il tarixinə ABŞ dollarının rəsmi məzənnəsini 101,6797 rubl səviyyəsində müəyyən edib.

Rusiya Bankı avronun məzənnəsini 106,1028 rubl, yuanı isə 13,4272 rubl səviyyəsində müəyyən edib.

Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin bəyan edib ki, Rusiya biznesləri bir dollar üçün 105 rubl məzənnəsi ilə fəaliyyətini davam etdirə biləcəklər, lakin qeyri-müəyyənlik vəziyyəti narahatlıq yarada bilər.

Nigar