Azərbaycan nefti 10 dollara yaxın ucuzlaşıb
07 May 2026, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
232
09.09.2024, 14:14
Azərbaycan COP29 çərçivəsində həyata keçirdiyi tədbirlər ölkəmizlə məhdudlaşmır.
Oxu24.com xəbər verir ki, bunu Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Məqsədimiz bir sıra regional, hətta qlobal təşəbbüslər reallaşdırmaqdır. Azərbaycanda tətbiq edilən təcrübələrin, müəyyən mənada pilot layihələri ən azı regional tətbiqini qiymətləndirməliyik. Ölkəmiz COP prosesinə bir çox töhfələr verə bilər. Təbii olaraq bu prosesi təkbaşına həyata keçirməməliyik. İstənilən siyasətin və alətlərin geniş effektinə nail olmaq üçün onu beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirməliyik. Növbəti aylarda həyata keçiriləcək tədbirlər bu fəlsəfə əsasında olacaq", - deyə nazir qeyd edib.
Həmçinin oxuyun
O, əlavə edib ki, bununla bağlı İqtisadiyyat Nazirliyi bir sıra təşəbbüslər hazırlamaqdadır:
"Onlardan biri regional fondlar təşəbbüsüdür ki, bunun da əsas hədəfi yaradıcı insanların rolunun artırılmasına yönəlib. Çünki "yaşıl startaplar" üzrə ixtisaslaşmış vencur kapital fondlarının maliyyələşməsini təmin edərkən biz həmin həllərin həm Azərbaycanda, həm də belə təşəbbüslə əhatə olunmuş digər dövlətlərdə tətbiqinə nail ola biləcəyik".
18:49 / 07 May 2026
1
18:45 / 07 May 2026
11
18:43 / 07 May 2026
13
18:33 / 07 May 2026
25
18:23 / 07 May 2026
46
18:10 / 07 May 2026
50
18:05 / 07 May 2026
870
18:04 / 07 May 2026
319
18:01 / 07 May 2026
33
18:00 / 07 May 2026
38
18:00 / 07 May 2026
37
17:55 / 07 May 2026
419
17:54 / 07 May 2026
37
17:50 / 07 May 2026
43
17:49 / 07 May 2026
44
17:40 / 07 May 2026
43
17:40 / 07 May 2026
66
17:36 / 07 May 2026
150
17:30 / 07 May 2026
55
17:20 / 07 May 2026
48
17:14 / 07 May 2026
384
17:12 / 07 May 2026
60
17:10 / 07 May 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.