Qızıl və gümüşün qiyməti azalır
24 Noyabr 2026, 09:35
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
275
30.07.2024, 10:29
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 1-dək minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlayacağı haqqında açıqlamadan sonra artımın nə qədər olacağı ən çox verilən suallardandır. Təbii ki, müzakirələrin noyabradək başa çatacağını nəzərə aldıqda konkret rəqəmin həmin ay bəlli olacağı gözlənilir".
Oxu24.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, indi müzakirələr mərhələsidir və bu baxımdan konrket artım faizi hələlik elan edilməyib.
"Bununla belə, minimum əməkhaqqı artırılan zaman əvvəlki dövrlər üzrə təcrübənin nəzərə alınacağı istisna deyil. Minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə, son 5 ildə minimum əmək haqqı 2.7 dəfə artırılıb. Bu baxımdan, minimum əməkhaqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər. Ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əməkhaqqındakı artım faizi. Minimum əməkhaqqının sonuncu dəfə 2023-cü ilin yanvarında artdığını nəzərə alsaq, ötən və builki illər üzrə qiymət artımlarının nəzərə alınması önəmlidir. 2023-cü ildə inflyasiya səviyyəsi 8.8, orta aylıq əmək haqqındakı artım faizi 11.3 faiz olub. Builki nəticələr 2024-cü ilin sonuna doğru dəqiqləşəcək".
V.Bayramov qeyd edib ki, 2024-cü ildə həm qiymət artımları, həm də nominal orta aylıq əmək haqqının dəyişməsi qeydə alınıb:
"Bu baxımdan, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əmək haqqında daha yüksək artım reallaşa bilər. Yəni, bu halda söhbət iki rəqəmli artımdan gedir. İki rəqəmlinin konkret hansı faizlə ifadə olunacağını isə payız aylarında söyləmək mümkün olacaq. Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əmək haqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz".
Həmçinin oxuyun
18:13 / 24 Noyabr 2026
2
18:08 / 24 Noyabr 2026
46
18:04 / 24 Noyabr 2026
48
17:58 / 24 Noyabr 2026
58
17:55 / 24 Noyabr 2026
198
17:48 / 24 Noyabr 2026
76
17:48 / 24 Noyabr 2026
68
17:41 / 24 Noyabr 2026
79
17:32 / 24 Noyabr 2026
79
17:30 / 24 Noyabr 2026
107
17:22 / 24 Noyabr 2026
102
17:07 / 24 Noyabr 2026
129
17:05 / 24 Noyabr 2026
88
17:05 / 24 Noyabr 2026
90
16:58 / 24 Noyabr 2026
98
16:50 / 24 Noyabr 2026
100
16:40 / 24 Noyabr 2026
147
16:36 / 24 Noyabr 2026
115
16:25 / 24 Noyabr 2026
115
16:21 / 24 Noyabr 2026
109
16:09 / 24 Noyabr 2026
117
16:07 / 24 Noyabr 2026
106
16:02 / 24 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.