Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10709
az

Dollar kreditləri ilə bağlı daha bir kalkulyator

17:0009 Mart, 2019
859
İQTİSADİYYAT
  • A
 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi problemli kreditlərin həlli üzrə kommunikasiyanı gücləndirmək məqsədilə yeni elektron resurs (http://iqtisadiislahat.org/pk/) hazırlayıb.
Elektron resursun ilk bölümündə qanunvericilik bazası yer alıb. Hazırda həmin bölümdə Azərbaycan Prezidenti İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə imzaladığı Fərman yerləşdirilib.

İkinci bölümdə dövlət büdcəsinin hesabına xarici valyutada mövcud olan əsas kredit borcuna görə ödənişin hesablanması üzrə tərtib olunan Kalkulyator yer alıb.

Qeyd edək ki, bu kalkulyator vasitəsilə həm 21 fevral 2015-ci il, həm də 21 dekabr 2015-ci il tarixinə xarici valyutada mövcud olan əsas kredit borcunu daxil etməklə kompensasiya məbləğini hesablamaq mümkündür. Kalkulyatorla həm scroll-bar, həm də xanada əsas kredit borcunu göstərməklə kompensasiyanı hesablamaq mümkündür.

Yeni elektron resursun digər bölümü Fərmanın vizual təqdimatı izahını təqdim edir. Bu bölümdə fiziki şəxslərin problemli kreditlərin həlli üzrə Fərmanın əsas məqamlarını vizual olaraq izah edən inoqrafika və videoçarxlar yerləşdirlib.

Sonuncu bölüm tez-tez soruşulan suallara aid edilib. Bu bölümdə Fərmanla bağlı ən aktual məsələlər eləcə də problemlərə dair suallar cavablandırılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Brent" markalı neft ucuzlaşdı

Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
4 nəfərlik ailəyə nə qədər pul lazımdır? -VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ