Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
16 Sentyabr 2026, 23:20
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
449
17.04.2024, 18:07
Kapital Bank-ın ümumi dəyəri 35 000 000 (otuz beş milyon) ABŞ dolları olan AZ2008005152 qeydiyyat nömrəli Bakı Fond Birjasında premium bazar seqmentində listinqdə saxlanılan və yüksək gəlirlilik təklif edən istiqrazlarının yerləşdirilməsi 17 aprel 2024-cü il tarixində başa çatıb.
104 investorun iştirak etdiyi yerləşdirmədə ümumi sifarişlərin həcmi 35 milyon ABŞ dolları olub. İstiqrazların nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7%, faiz ödəniş dövrü hər 90 gündən bir, tədavül müddəti isə 7 il təşkil edir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Yüksək gəlirlilik təklif edən Kapital Bank istiqrazları banka məxsus kütləvi təklif olunan ilk subordinasiya istiqrazlarıdır. Aktivlərin davamlı böyüməsini dəstəkləməyə, adekvatlıq əmsalını yüksək həddə saxlamağa və ümumilikdə uzunmüddətli strateji hədəflərə çatmağa xidmət edən subordinasiya istiqrazları vətəndaşlar üçün etibarlı və güvənilir investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da mühüm töhfədir. Uğurlu yerləşdirmənin davamı olaraq Kapital Bank Azərbaycan kapital bazarında aktiv şəkildə iştirak etməyi və investorlara yeni investisiya məhsulları təklif etməyi hədəfləyir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
00:02 / 17 Sentyabr 2026
1
23:58 / 16 Sentyabr 2026
18
23:56 / 16 Sentyabr 2026
20
23:53 / 16 Sentyabr 2026
21
23:49 / 16 Sentyabr 2026
37
23:46 / 16 Sentyabr 2026
105
23:38 / 16 Sentyabr 2026
46
23:34 / 16 Sentyabr 2026
82
23:32 / 16 Sentyabr 2026
150
23:31 / 16 Sentyabr 2026
87
23:26 / 16 Sentyabr 2026
45
23:22 / 16 Sentyabr 2026
237
23:20 / 16 Sentyabr 2026
109
23:17 / 16 Sentyabr 2026
139
23:09 / 16 Sentyabr 2026
522
23:08 / 16 Sentyabr 2026
79
23:00 / 16 Sentyabr 2026
162
22:32 / 16 Sentyabr 2026
54
22:14 / 16 Sentyabr 2026
96
21:59 / 16 Sentyabr 2026
95
21:49 / 16 Sentyabr 2026
60
21:24 / 16 Sentyabr 2026
63
21:01 / 16 Sentyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.