Nəriman gedir – Sevənlərə BƏD XƏBƏR
15 Dekabr 2025, 23:08
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
990
15.11.2023, 23:13
“Uşaq vaxtı imkanlarımız çox məhdud idi. Atam qumarxanada mühafizəçi idi. Anam geyim mağazasında işləyirdi. Sinif yoldaşlarımın evimə gəlməsini istəmədiyim yadımdadır. Çünki mən ancaq televizora baxırdım. Televizor balaca stolun üstündə idi, toxunsan düşərdi. Futbolun sayəsində ailəmin vəziyyətini dəyişə bildim”.
Oxu24.com xəbər verir ki, bunu Madrid “Real”ın ulduz futbolçusu Federiko Valverde keçmişi ilə bağlı danışarkən deyib.
O, İspaniya nəhənginə transferini belə xatırlayıb:
Ətraflı
Həmçinin oxuyun
“Cənubi Amerikada U-17 çempionatında oynayırdım. Hoteldə idik. Anam və atam başqa otaqda qalırdılar. Anam zəng etdi ki, dərhal bizim otağa gəl, “Real”dan gələnlər var. Elə bildim zarafat edir, otaqlarına qaçdım. Daha əvvəl heç görmədiyim iki nəfər qarşıma idi. Mənə “bizimlə birlikdə bir ulduz olacaqsan” dedilər. Mənim və ailəmin Madridə köçməyimizi istəyirdilər. Dedim, mənlə zarafat edirsiniz? Dünyada 500 min futbolçu var, “Real” məni istəyəcək? Anam qayıtdı ki, Feda, çənəni yum, özünə gəl, biz sənlə zarafat etmirik. O an donub qaldım. Atam lobbidə idi, tez onun yanına qaçdım ki, ata, məni Madriddən istəməyə gəliblər. Atam dedi ki, necə yəni Madriddən gəliblər? Dedim, sizin otağınızdadırlar. Atam cavab verdi ki, “Real”dan gələnlər bizim otağımızdadırsa, sənin burada nə işin var, axmaq oğlum? Qaç otağa...
“Real”ın gənclər komandası ilə ilk məşqimdən sonra paltardəyişmə otağındayıq. Futbolçular duş qəbul etmək üzrə idi. Hamının brend alt paltarı var. Öz-özümə dedim ki, “kim bilir bunların qiyməti nə qədərdir?” Onda ümid edirdim ki, alt paltarımda yırtıq olmayacaq, dua edirdim. Buna görə duşa girmədim. Telefonumda sanki çox vacib bir şeyə baxırmış kimi davrandım. O gün alt paltarı almağa getdim, ən yaxşısından 10 dənəsinə ehtiyacım vardı”.
Qeyd edək ki, 25 yaşlı uruqvaylı yarımmüdafiəçinin Madrid klubu ilə 2027-ci ilədək sözləşməsi var. Onun transfer qiyməti 70-80 milyon avro civarındadır.
00:25 / 16 Dekabr 2025
168
00:14 / 16 Dekabr 2025
71
00:03 / 16 Dekabr 2025
62
23:55 / 15 Dekabr 2025
60
23:51 / 15 Dekabr 2025
492
23:45 / 15 Dekabr 2025
54
23:28 / 15 Dekabr 2025
73
23:25 / 15 Dekabr 2025
49
23:21 / 15 Dekabr 2025
109
23:14 / 15 Dekabr 2025
54
23:08 / 15 Dekabr 2025
67
23:02 / 15 Dekabr 2025
64
22:54 / 15 Dekabr 2025
53
22:49 / 15 Dekabr 2025
69
22:48 / 15 Dekabr 2025
57
22:31 / 15 Dekabr 2025
86
22:27 / 15 Dekabr 2025
64
22:09 / 15 Dekabr 2025
411
21:59 / 15 Dekabr 2025
69
21:45 / 15 Dekabr 2025
94
21:10 / 15 Dekabr 2025
1797
20:54 / 15 Dekabr 2025
120
20:38 / 15 Dekabr 2025
1550
20:16 / 15 Dekabr 2025
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.