Nərimanla bağlı bu sözləri yazdı -FOTO
11 Dekabr 2025, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
2844
12.12.2025, 22:41
Son günlər ən çox müzakirə olunan mövzulardan biri də futbolçu Nəriman Axundzadədir.
İdmançı "Qarabağ"ın "Ayaks"la sonuncu oyununda uğursuz çıxışından sonra tənqid atəşinə tutulub.
Sosial şəbəkələrdə bir çoxları açıq şəkildə futbolçunu oynaya bilməməkdə ittiham edirlər.
Bəs,bu qədər müzakirə olunan Nəriman kimdir?
Oxu24.com xəbər verir ki,əslən Lənkərandan olan Nəriman Axundzadə 23 aprel 2004-cü ildə Bakıda anadan olub. Lənkəranın tanınmış ustası olan usta Nəriman və hərbi polis mayoru Tofiq Mustafayevin nəvəsidir. Axundovlar ailəsinin son beşiyi olan Nərimanın futbol karyerası "Xəzər-Lənkəran" klubundan başlayıb. 12-13 yaşından isə "Qarabağ"ın aşağı yaş klubunda futbol fəaliyyətini davam etdirib.
"Xəzər Lənkəran" futbol klubunun yetirməsi olan Nəriman daha sonra "Qarabağ" klubuna qoşulub və digər yaş qruplar üzrə komandalarda da çıxış edib.
Nəriman Axundzadə 2022–23 mövsümünün 12-ci turunda "Qarabağ"ın heyətində "Şamaxı"ya qarşı oyunda 19-cu dəqiqədə Filip Ozobiçi əvəz edərək meydana çıxıb və komandasında debüt edib.
Həmin mövsüm o, komandasının Azərbaycan Premyer Liqasında qalib gəlməsində rol oynadı.
N. Axundzadə avrokuboklarda ilk qolunu 2023/24 mövsümündə 1/16 final mərhələsində Bakıdakı cavab oyununda Portuqaliyanın "Braqa” klubuna 120+2-ci dəqiqədə vurmaqla komandasının 1/8 finala keçməsini təmin edib. Nəticədə Qarabağ 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib və Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub.
Nəriman 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində çıxış edib.O, İslam Həmrəylik Oyunlarında Azərbaycan milli komandasının heyətinə cəlb edilmişdi. O, 19 noyabr 2023-cü ildə UEFA Avro 2024-ün seçmə mərhələsində Belçikaya qarşı uduzduqları oyunda Azərbaycan millisinin heyətində debüt edib.
O,"Qarabağ"da hazırda 7 nömrə ilə çıxış edir.Qeyd edək ki, futbolçu daha əvvəl 90 nömrəli formanı geyinirdi.
Boyu 1.85 m,oyunçu kimi dəyər qiyməti 2 milyon avrodur.Nəriman Axundzadə 2 milyon avro ilə Azərbaycanın ən bahalı oyunçusudur.
Nəriman Axundzadənin aylıq maaşı "Qarabağ"da ilk vaxtlar 1700 AZN olub, lakin yaxşı çıxışından sonra 5000 AZN-ə qaldırılıb, daha sonra isə xarici klubların təkliflərinə görə onun aylıq gəlirinin artırıldığı bildirilir (bəzi xəbərlərdə aylıq maaşının 12.000 AZN-ə qədər çatdığı, ərəblərdən 3 qat artıq təklif aldığı qeyd olunur), lakin dəqiq rəqəm açıqlanmır.
Nərimanın atası Əhməd Axundzadə oğlunun ünvanına tez-tez səsləndirilən "adamı var" iddialarına da aydınlıq gətirib.O,bu barədə Sportinfo.az-a danışıb.
Həmçinin oxuyun
"And olsun Allaha, o uşaq ilk günlər "Qarabağ"da nə qədər əziyyət çəkib. Bəzən mənim ona göndərməyə pulum belə olmayıb. Nəriman 12 yaşından Bakıda qalır. Ata-ana nəvazişi görməyib. O yaşda gəlib "Qarabağ"ın uşaqlarının arasına düşdü. İmkanım olmadı ki, Bakıda ev tutum, anasının yanında qalsın, yeməyini yesin, rahat yerdə yatsın.
"Qarabağ"ın akademiyasında Elnur müəllim ona çox dəstək olub. Amma valideyn qayğısını kim əvəz edə bilər?
Dayıları, əmiləri Lənkəranda yaşayırlar. Hamısı sadə, kasıb insanlardır. Yerli camaat da onları yaxından tanıyır. Nərimanı tapşırmağa kimsə olmayıb.
Onun "adamı" kimdir? Onun adamı Allahdır. Allahın istəyi ilə gəlib "Qarabağ"a çıxıb. Bu gün də "Qarabağ"da heç kimlə münasibətim yoxdur. Baş məşqçi Qurban Qurbanovla bu yaxınlarda cəmi iki dəqiqə söhbət etmək imkanım olub. Qurban müəllim dedi ki, yazılanlar Nərimana təsir etməməlidir. Vəssalam".
Əhməd Axundov sağlam tənqidə etiraz etmədiyini, lakin Nərimanın ünvanına kütləvi hücumları və təhqirləri anlaya bilmədiyini də vurğulayıb:
"Tənqidə sözüm yoxdur. Tənqid onun xeyrinədir. Amma artıq-əskik yazmaq olmaz axı. Ayıbdır. Biz hamımız azərbaycanlıyıq. Eyni millətin nümayəndələri ola-ola niyə bir-birimizə bu cür münasibət göstəririk? Mahir Emreli də eyni yolu keçib. Vaxtilə ona qarşı da belə münasibət var idi.
Açığı, Nərimanın da xaricə getməsini istəyirəm. Özünə də demişəm. Təklifləri də olub. Xeyirlisi nədirsə, o da olsun.
Əlbəttə, baş verənlər mənim üçün çox çətindir. Amma mən azarkeşlərə nə deyə bilərəm? Elə bir insan deyiləm ki, onlara kobud cavab verim. Allah onların da köməyi olsun".
Hazırladı: Miri Məcidli
00:28 / 13 Dekabr 2025
23
00:14 / 13 Dekabr 2025
264
00:01 / 13 Dekabr 2025
166
23:20 / 12 Dekabr 2025
101
23:12 / 12 Dekabr 2025
33
22:05 / 12 Dekabr 2025
62
21:58 / 12 Dekabr 2025
133
21:45 / 12 Dekabr 2025
61
19:31 / 12 Dekabr 2025
753
19:20 / 12 Dekabr 2025
1838
19:04 / 12 Dekabr 2025
938
19:02 / 12 Dekabr 2025
116
17:40 / 12 Dekabr 2025
1241
17:29 / 12 Dekabr 2025
79
17:11 / 12 Dekabr 2025
1227
16:38 / 12 Dekabr 2025
1211
16:35 / 12 Dekabr 2025
173
16:30 / 12 Dekabr 2025
137
16:29 / 12 Dekabr 2025
90
15:18 / 12 Dekabr 2025
428
15:12 / 12 Dekabr 2025
102
14:51 / 12 Dekabr 2025
169
14:50 / 12 Dekabr 2025
168
14:49 / 12 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.