“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
18 İyun 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
104
18.06.2026, 14:30
“Səbail”lə müqaviləni uzatmaq planım yox idi.
Oxu24.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Səbail"in baş məşqçi postundan ayrılan Adil Şükürov deyib.
Mütəxəssis bildirib ki, klubun yeni rəhbərliyi ilə müqavilənin uzadılması istiqamətində müzakirə aparılmayıb: “Müqaviləmiz artıq başa çatmışdı və bu məsələ ilə bağlı ümumiyyətlə danışığımız olmadı. Açığı, "Səbail"lə müqavilənin uzadılması fikrim də yox idi. Yeni rəhbərliklə bu barədə heç bir söhbət aparılmadı. Köhnə rəhbərliyə minnətdaram, mənə işləmək üçün şərait yaratdılar. Yeni rəhbərliyə də uğurlar arzulayıram. Futboldur, məqsəd Premyer Liqaya yüksəlmək idi, lakin bu alınmadı”.
Adil Şükürov mövsümün gedişinə də toxunaraq “Qəbələ” ilə rəqabəti xatırladıb: “Birinci Liqada “Qəbələ” ilə mübarizə aparırdıq. O dövrdə rəqibimiz daha güclü idi və çempionluğa layiq idi. Biz də əlimizdən gələni etdik, komandamı motivasiya etməyə çalışdım, amma nəticədə “Qəbələ” daha yaxşı idi və Premyer Liqaya yüksəldi”.
O, mövsümün son turunu da xatırladıb: “Mingəçevir”lə son oyunda həm hakim səhvləri oldu, həm də öz oyunumuz istədiyimiz kimi alınmadı. Nəticədə məğlub olduq və pley-off şansımızı itirdik. Futboldur, belə hallar olur. Qismət belə imiş. Gələcəyə baxacağıq. "Səbail"in yeni rəhbərliyinə də uğurlar arzulayıram”.
Qeyd edək ki, “Səbail”i yeni mövsümdə Elnur Abdullayev çalışdıracaq.
20:02 / 18 İyun 2026
9
19:56 / 18 İyun 2026
35
19:38 / 18 İyun 2026
27
19:33 / 18 İyun 2026
59
19:25 / 18 İyun 2026
65
19:07 / 18 İyun 2026
69
19:03 / 18 İyun 2026
230
19:00 / 18 İyun 2026
270
18:52 / 18 İyun 2026
135
18:30 / 18 İyun 2026
54
18:22 / 18 İyun 2026
80
18:12 / 18 İyun 2026
78
18:00 / 18 İyun 2026
81
17:48 / 18 İyun 2026
102
17:44 / 18 İyun 2026
135
17:40 / 18 İyun 2026
86
17:36 / 18 İyun 2026
86
17:34 / 18 İyun 2026
72
17:28 / 18 İyun 2026
99
17:25 / 18 İyun 2026
80
17:08 / 18 İyun 2026
82
17:08 / 18 İyun 2026
82
16:56 / 18 İyun 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.