Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO
18 Avqust 2026, 01:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1528
18.06.2026, 16:06
2026-cı il iyulun 1-dən qadınların pensiya yaşı 65-ə çatır. Beləliklə, Azərbaycanda qadınlar və kişilər üçün yaşa görə əmək pensiyasına çıxma yaşı eyniləşir. Bu məsələ artıq ictimaiyyətdə müzakirə obyekti olub. Ümumi olaraq qadınlarla kişilərin pensiya yaşının eyniləşdirilməsi gender bərabərliyi kimi təqdim edilir. Amma qadınların ailə və uşaqlara qulluq yükünü nəzərə alanlar fərqli düşünür.
Pensiya yaşının müəyyənləşdirilməsində əsas meyarlar hansılar olmalıdır? Ən uğurlu pensiya modeli necə ola bilər?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, pensiya yaşının təyinatında gender bərabərliyi yeganə meyar kimi götürülməməlidir:
“Gender bərabərliyi vacib prinsipdir, lakin qərar qəbul edilərkən digər demoqrafik göstəricilər, xüsusilə orta ömür uzunluğu da nəzərə alınmalıdır. İnsanların daha uzun yaşaması və əmək qabiliyyətini daha uzun müddət saxlaması pensiya sisteminə əlavə yük yaradır. Buna görə də orta ömür uzunluğu artdıqca ya pensiya yaşı tədricən artırılmalı, ya da sistemin maliyyə dayanıqlığını qorumaq üçün başqa mexanizmlər tətbiq olunmalıdır. Pensiya sistemi ilk növbədə maliyyə baxımından dayanıqlı olmalıdır. Bununla yanaşı, yalnız insanların nə qədər yaşadığına deyil, onların hansı yaşa qədər fiziki və psixoloji baxımdan işləyə bildiyinə də diqqət yetirilməlidir. Əgər insan müəyyən yaşa qədər əmək fəaliyyətini davam etdirə bilirsə, onun təcrübəsindən istifadə etmək məqsədəuyğundur”.
İqtisadçı bildirib ki, mövcud sistemdə insanlar uzun illər tamştat işlədikdən sonra birdən-birə əmək bazarından ayrılır və pensiyaya çıxırlar:
“Halbuki insan əmək qabiliyyətini bir anda itirmir. Buna görə də pensiyaya keçid mərhələli şəkildə həyata keçirilməlidir. Məsələn, 60-62 yaşdan etibarən iş yükü azaldılaraq yarımştat iş rejiminə keçid təmin oluna bilər. Bu mərhələ bir neçə il davam etdikdən sonra şəxs tam pensiyaya çıxa bilər. Hətta iş yükünün 75, 50 və 25 faiz səviyyələrində mərhələli şəkildə azaldılması da mümkündür. Belə yanaşma həm psixoloji, həm də iqtisadi baxımdan faydalıdır. Bir çox insan pensiyaya çıxdıqdan sonra sosial həyatdan uzaqlaşdığı üçün psixoloji çətinliklərlə üzləşir. Mərhələli keçid isə bu prosesi daha rahat edər. Eyni zamanda, insanlar müəyyən qədər əməkhaqqı almaqda davam edər, gələcək pensiya təminatlarını gücləndirər və pensiya fondunun yükü azalardı. Bu model qadınlara münasibətdə də tətbiq oluna bilər. Məsələn, pensiya yaşını birdən-birə artırmaq əvəzinə, daha erkən yaşdan iş yükünü azaltmaq və sonrakı illərdə mərhələli şəkildə tam pensiyaya keçidi təmin etmək mümkündür. Bu, həm insanlar üçün daha rahat keçid yaradar, həm də pensiya sisteminin maliyyə dayanıqlığını gücləndirər”.
Ekspert əlavə edib ki, yaşlı işçilərin böyük təcrübəsi iqtisadiyyat üçün dəyərli resursdur:
“Onlar tam ştat işləyə bilməsələr də, azaldılmış iş qrafiki ilə fəaliyyət göstərərək bilik və təcrübələrini bölüşə bilərlər. Bəzən uzun illərin təcrübəsinə malik bir işçinin məhdud iş yükü ilə gördüyü iş cavan kadrların ortaya qoyduğu göstəricilərdən daha yüksək nəticə verə bilər. Pensiya siyasətində ailə vəziyyəti də nəzərə alınmalıdır. Uşağa, yaşlıya və ya xəstəyə qulluq edən şəxslərin üzərinə mühüm sosial yük düşür. Buna görə də belə hallarda əlavə güzəştlərin tətbiqi məqsədəuyğun olar. Yəni daha çevik və insan yönümlü pensiya sistemi həm vətəndaşların rifahına, həm pensiya fondunun dayanıqlılığına, həm də iqtisadiyyatın inkişafına müsbət təsir göstərə bilər. Çünki yaşlı insanların enerjisi və təcrübəsi tam itmir, sadəcə əvvəlki dövrlə müqayisədə azalır. Bu səbəbdən onların əmək bazarında 8 saat deyil, 4 saat iş yükü ilə fəaliyyətini davam etdirməsi həm özləri, həm də cəmiyyət üçün faydalı ola bilər”.
01:37 / 18 Avqust 2026
17
23:40 / 17 Avqust 2026
131
23:28 / 17 Avqust 2026
68
23:13 / 17 Avqust 2026
63
23:00 / 17 Avqust 2026
71
22:22 / 17 Avqust 2026
61
21:56 / 17 Avqust 2026
83
21:49 / 17 Avqust 2026
100
21:43 / 17 Avqust 2026
88
21:33 / 17 Avqust 2026
113
20:56 / 17 Avqust 2026
101
20:26 / 17 Avqust 2026
76
20:14 / 17 Avqust 2026
151
19:48 / 17 Avqust 2026
92
19:35 / 17 Avqust 2026
79
19:24 / 17 Avqust 2026
96
19:10 / 17 Avqust 2026
105
18:58 / 17 Avqust 2026
91
18:51 / 17 Avqust 2026
97
18:45 / 17 Avqust 2026
335
18:36 / 17 Avqust 2026
77
18:30 / 17 Avqust 2026
436
18:23 / 17 Avqust 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.