Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü
10 Noyabr 2026, 17:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
584
18.06.2026, 19:56
18 iyun 2026-cı il tarixində Bakı şəhərinin nüfuzlu məkanlarından biri olan “The Ritz-Carlton, Baku” hotelində Azərbaycanda ilk və yeganə Böyük Britaniya təhsil modeli əsasında fəaliyyət göstərən “Kids Academy by British School” Körpələr Evi-Uşaq Bağçasının 2025–2026-cı tədris ili üzrə ingilis bölməsinin məktəbəqədər qruplarının Məzun Günü tədbiri keçirilib.
Bağçanın fəaliyyət tarixində sayca 7-ci Məzun Günü olan tədbirdə məzunlar, onların valideynləri, pedaqoji heyət, qonaqlar, eləcə də ölkənin aparıcı televiziya kanalları və media qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası və Böyük Britaniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra bağçanın rəhbəri Gülnarə Qafarova çıxış edərək məzunları təbrik edib, onların gələcək təhsil həyatında uğurlar arzulayıb və valideynlərə göstərdikləri etimada görə təşəkkürünü bildirib.
Mərasim zamanı məktəbəqədər təhsil mərhələsini uğurla başa vuran uşaqlara Bakı Britaniya Məktəbinin (British School in Baku) və Kids Academy by British School-un sertifikatları, eləcə də müxtəlif hədiyyələr təqdim olunub. Tədbirin bədii hissəsində balaca məzunlar il ərzində qazandıqları bilik və bacarıqları nümayiş etdirərək musiqi, rəqs və səhnəciklərdən ibarət maraqlı proqramla çıxış ediblər. Uşaqların hazırladıqları nömrələr valideynlər və qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Məzun Günü tədbiri televiziya və mətbuat nümayəndələri tərəfindən geniş şəkildə işıqlandırılıb, tədbir iştirakçıları ilə müsahibələr hazırlanıb və uşaqların uğurları media vasitəsilə ictimaiyyətə çatdırılıb.
Qeyd edək ki, artıq 7 ildir fəaliyyət göstərən “Kids Academy by British School” Azərbaycan, ingilis və rus bölmələri üzrə tədris aparır. Müəssisənin əsas təhsil istiqaməti Böyük Britaniyanın beynəlxalq səviyyədə tanınan Cambridge Kurikulumu əsasında qurulub. Bu yanaşma uşaqların erkən yaşlardan beynəlxalq standartlara uyğun təhsil almasına və gələcək akademik uğurlar üçün möhkəm təməl formalaşdırmasına imkan yaradır.
“Kids Academy by British School”un məzunları təhsillərini davam etdirmək üçün Bakı Britaniya Məktəbində (British School in Baku) xüsusi güzəştli şərtlərlə təhsil almaq hüququ əldə edirlər.
Nəzərinizə çatdırırıq ki, sözügedən bağça Bakı şəhərində iki filial üzrə fəaliyyət göstərir.
17:10 / 10 Noyabr 2026
6
17:06 / 10 Noyabr 2026
21
16:55 / 10 Noyabr 2026
70
16:47 / 10 Noyabr 2026
57
16:41 / 10 Noyabr 2026
67
16:35 / 10 Noyabr 2026
79
16:21 / 10 Noyabr 2026
102
16:12 / 10 Noyabr 2026
170
15:58 / 10 Noyabr 2026
98
15:44 / 10 Noyabr 2026
190
15:34 / 10 Noyabr 2026
297
15:31 / 10 Noyabr 2026
92
15:25 / 10 Noyabr 2026
131
15:22 / 10 Noyabr 2026
109
14:58 / 10 Noyabr 2026
2629
14:55 / 10 Noyabr 2026
496
14:48 / 10 Noyabr 2026
437
14:23 / 10 Noyabr 2026
544
14:20 / 10 Noyabr 2026
926
14:09 / 10 Noyabr 2026
258
14:00 / 10 Noyabr 2026
921
13:44 / 10 Noyabr 2026
144
13:38 / 10 Noyabr 2026
405
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.